“PSJ” komandası Fransa liqa kubokunun qalibi olub
Bakı, 2 aprel, AZƏRTAC
Fransa liqa kubokunun finalında “Monako” komandasını 4:1 hesabı ilə məğlub edən “PSJ” klubu ardıcıl dördüncü dəfə bu turnirin qalibi olub.
AZƏRTAC xəbər verir ki, hesabı matçın 4-cü dəqiqəsində PSJ-nin heyətində Yulian Draksler açıb. Oyunun 27-ci dəqiqəsində Tomas Lemar hesabı bərabərləşdirsə də, ilk hissənin sonuna bir dəqiqə qalmış Anxel Di Maria “PSJ”ni yenidən irəli çıxarıb - 2:1.
İkinci hissədə də üstün oynayan “PSJ” 54-cü və 90-cı dəqiqələrdə Edinson Kavaninin qolları ilə qələbəsini rəsmiləşdirib. Bu, E.Kavaninin cari mövsümdə “PSJ”nin heyətində keçirdiyi 40-cı oyunda 40-cı qolu olub.
Bu qələbə sayəsində “PSJ” ümumilikdə 7-ci dəfə Fransa liqa kubokunun qalibi adını qazanıb.
Xatırladaq ki, Fransa çempionatında da əsas rəqabət “Monako” və “PSJ” komandaları arasında gedir. Otuz turdan sonra “Monako” 71 xalla birinci, “PSJ” isə 68 xalla ikinci sıradadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:14]
Azərbaycan paraatleti Tunis Qran-Prisində gümüş medal qazanıb
- 19.06.2026 [10:52]
Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb
- 19.06.2026 [10:41]
“Səbail” yeni baş məşqçisini açıqlayıb
- 19.06.2026 [05:30]
Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib
- 19.06.2026 [01:02]
Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib
- 18.06.2026 [22:06]
Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]