Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qafqaz Müsəlmanları İdarəsinin sədri BMT-nin Sivilizasiyalar Alyansının keçirdiyi tədbirdə iştirak edib

Bakı, 4 fevral, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının Ali Nümayəndəliyinin Dünya Dinlərarası Harmoniya Həftəsi çərçivəsində keçirdiyi "Beynəlxalq İnsan Qardaşlığı Günü: Gələcəyə Bir Yol" adlı xüsusi tədbirdə iştirak edib.

AZƏRTAC xəbər verir ki, BMT Sivilizasiyalar Alyansının, Misirin və Birləşmiş Ərəb Əmirliklərinin BMT-dəki daimi nümayəndəliklərinin və İnsan Qardaşlığı Ali Komitəsinin təşkilatçılığı ilə keçirilən yüksək səviyyəli tədbir BMT-nin baş katibi Antonio Quterreşin müraciəti ilə açılıb.

Mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına xidmət edən tədbir “Dünyada Sülh və Birgə Yaşayış üçün İnsan Qardaşlığı Sənədi”ndəki prinsip və dəyərləri təşviq edən, onun davamlı sülhə aparan yol kimi tətbiqinə dair ən yaxşı təcrübələri araşdırmaq imkanı verən interaktiv panel formatında öz işini davam etdirib.

Videokonfransda zati-müqəddəsləri Papa Fransisk ilə Əl-Əzhər Şeyxi Əhməd ət-Tayyib həzrətlərinin tədbir iştirakçılarının ünvanına müraciətləri səsləndirilib.

Şeyxülislam Allahşükür Paşazadə tədbirdə çıxış edib. BMT qurumlarının dini təşkilatlarla birgə dinlərarası harmoniya və xoşməramlılıq mesajlarını dünya miqyasında bəyan etməsini və bu dəyərləri bərabər səylərlə təşviq etməsini mənəvi baxımdan Bir Olan Uca Yaradanımıza xoş gedən əməl kimi dəyərləndirən QMİ sədri BMT-nin 4 fevral tarixinin Beynəlxalq İnsan Qardaşlığı Günü kimi qeyd olunması haqqında qərarını alqışlayıb. Zati-müqəddəsləri Papa Fransisk ilə Əl-Əzhər Şeyxi Əhməd ət-Tayyib həzrətlərinin Əbu-Dabidə 2019-cu ildə “Dünyada Sülh və Birgə Yaşayış üçün İnsan Qardaşlığı Sənədi”ni imzalamasını tarixi əhəmiyyətli hadisə kimi dəyərləndirən Şeyxülislam Allahşükür Paşazadə bu sənəddən irəli gələn məqamların həyata keçirilməsinə nümunə kimi 2019-cu il Dünya Dini Liderlərinin II Bakı Sammitinin Yekun Sənədinə bununla bağlı xüsusi bəndin daxil edilməsini qeyd edib.

QMİ sədri öz çıxışında bəşəriyyəti COVID-19 bəlası qədər təhdid edən digər problemlərdən birinin də nifrət çağırışları olduğuna diqqəti yönəldib. Bütün qanlı toqquşmaların, kütləvi cinayətlərin bünövrəsində dayanan, insan qətlinə çağıran, rasizm, ksenofobiya, diskriminasiyaya təhrik edən nifrət çağırışlarının Uca Yaradan qarşısında böyük günahlardan olduğunu vurğulayan dini lider Uca Rəbbin yaratdığı ən böyük dəyər olan insan həyatının xilası naminə müharibə və münaqişələrə səbəb olan nifrət çağırışlarına qarşı səyləri birləşdirməyə, birgə mübarizə aparmağa çağırış edib.

BMT Sivilizasiyalar Alyansının bəşəri sülh və qarşılıqlı anlaşma istiqamətində səylərini önəmli sayan QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin bütün tədbir iştirakçılarına, xüsusilə, Alyansın yüksək nümayəndəsi Moratinosa salamlarını çatdırıb. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun öz ərazilərini işğaldan azad etdiyi dönəmdə problemin sülh yolu ilə ədalətli nizamlanması məsələsini diqqətdə saxladığına görə cənab Moratinosa xalqımız adından minnətdarlığını bildirən şeyxülislam Allahşükür Paşazadə Azərbaycan dövlətinin Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və rəhbərliyi ilə Qarabağda erməni işğalının acı nəticələrini aradan qaldırmaq, orada məhv edilmiş dini-mədəni abidələri bərpa etmək, vandalizmlə üzləşmiş ümumbəşəri əhəmiyyət kəsb edən tarixi, mədəni, mənəvi irs nümunələrini dirçəltmək əzmi barədə tədbir iştirakçılarını məlumatlandırıb. QMİ sədri bu gün də regionumuzda bəzi siyasi və dini liderlərin ritorikasında nifrətə çağırış təzahürlərinin mövcudluğunu təəssüf hissi ilə qeyd edib və bu təhlükəli meyillərin dünya birliyi tərəfindən nəzərə alınaraq qınanmasının vacibliyini vurğulayıb.

Şeyxülislam Allahşükür Paşazadə ölkəmizin dinlərarası və sivilizasiyalararası dialoq prosesinin fəal təşəbbüskarı və iştirakçısı olduğunu, Azərbaycanda mövcud bütün dini konfessiyalar arasında nümunəvi qarşılıqlı etimad və ehtiram ənənəsinin bizə qlobal müstəvidə bu istiqamətdə fəaliyyətlərdə yaxından və səmərəli iştirak etmək imkanı verdiyini ifadə edib. O, dinlərarası dialoq və əməkdaşlıq, konfessiyalararası anlaşma istiqamətində ardıcıl səy göstərən Qafqaz Müsəlmanları İdarəsinin BMT Sivilizasiyalar Alyansının layihə və təşəbbüslərinin reallaşmasına töhfə verməyə hazır olduğunu bəyan edib.

Tədbirdə BMT Sivilizasiyalar Alyansının Yüksək Nümayəndəsi Migel Anxel Moratinos, İslam Əməkdaşlıq Təşkilatının BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev, Misirin BMT-dəki daimi nümayəndəsi Mohamed Fathi Ahmed Edrees, BƏƏ-nin BMT-də daimi nümayəndəsi xanım Lana Zaki Nusseibeh, İnsan Qardaşlığı Ali Komitəsinin baş katibi Qazı Məhəmməd Əbdül-Salam, habelə BMT-yə üzv dövlətlərin dini liderləri, dini təşkilat və qurumların nümayəndələri, o cümlədən "Dinlər Sülh uğrunda" beynəlxalq təşkilatının baş katibi Azza Karam, Fransa Mitropoliti Emmanuel, Qlobal Dinlərarası Alyansın baş katibi Sadhvi Bhaqavati, ABŞ-dakı Park İst Sinaqoqunun baş ravvini Artur Şnayer, Beynəlxalq Multikultural Əməkdaşlıq Akademiyasının prezidenti Odri Kitaqava, Milşteyn Dinlərarası Dialoq Mərkəzinin direktoru Ravvin Barton Visotski və başqaları çıxış ediblər. Çıxış edənlər 4 fevral - Beynəlxalq İnsan Qardaşlığı Gününün xüsusi qeyd edilməsini yüksək dəyərləndiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə mini tor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib

Mütəxəssis: Dağ-mədən sənayesinin inkişafı digər sahələrdə əlavə dəyərin formalaşmasına şərait yarada bilər

Həbibə Məmmədova: Müəllimin ən böyük uğuru düşünən və araşdıran insan yetişdirməsidir

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır

Özbəkistan səfiri Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib

Ekspert: Rəqəmsallaşma Orta Dəhlizin tranzit müddətinin qısaldılmasına imkan verəcək

“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində

Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub

“Fənərbağça”nın ulduzu Superliqa oyununu buraxa bilər: Qərar azərbaycanlı hakimin hesabatından asılı olacaq

Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri

Yəməndə husilərə qarşı döyüşlərdə 100 qırıcı təyyarədən istifadə edilib, 324 hədəf vurulub

DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Sabah yağış yağacaq

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır

Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur

Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir

Hesabat: Yaxın Şərqdən neft ixracı sentyabrın son həftəsində İran müharibəsindən əvvəlki səviyyəni üstələyib

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

İvan Muşket: Parlamentarizm Azərbaycan tarixinin müxtəlif mərhələlərində cəmiyyətin və dövlətin inkişafına təsir göstərib

Məcnun Məmmədov: Əsas hədəfimiz daha məhsuldar kənd təsərrüfatı sistemi formalaşdırmaqdır

Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb

Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir

Dövlət Xidməti: 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prokurorluq orqanlarına göndərilib

Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

Bu gün Azərbaycanın əsas vəzifələrindən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 oktyabr

Azərbaycan şirkətləri “INNOPROM. Belarus” sərgisində təmsil olunub

Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır

Akademik Arif Həşimov haqqında biblioqrafik göstərici nəşr olunub

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir

AMEA-nın müxbir üzvü: Alim müəllim yetişdirir, müəllim isə gələcəyin alimini

Nazir: Ağdamın kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar formalaşır

Azərbaycan Türkiyədəki Beynəlxalq Astronavtika Konqresində geniş təmsil olunur

Ramin Rzayev: Azərbaycan qadınları tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıb

Gülnar Rzayeva: Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil

AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Beynəlxalq Müəllimlər Günü münasibətilə akademik Cəlal Əliyevin məzarı ziyarət edilib

Müharibənin izləri: “Naxçıvan Qaziləri” İctimai Birliyinin Şəhidlər guşəsindən REPORTAJ

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb

“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir

Tarix müəllimi: Şagirdlərə keçmişlə bu gün arasındakı əlaqəni göstəririk

İspaniyada növbədənkənar parlament seçkiləri noyabrın 29-da keçiriləcək

Ulu Öndər Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol – ŞƏRH

“Fars” agentliyi”: Sistan-Bəlucistan əyalətində İranın iki polis zabiti öldürülüb

Bir sıra qanunlarda dəyişiklik edilir

Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir

Mütəxəssis: Qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər

Nazir: Milli kimliyin və dəyərlərin qorunmasında hər bir təhsil işçisinin öz payı var

“Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans

Gələn il Aİ və Norveçdə paylama şəbəkələrinə investisiyaların 48 milyard avroya çatacağı gözlənilir

Emin Əmrullayev: Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilmərik