Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi Bərdədə anılmışdır
Bərdə, 20 yanvar (AZƏRTAC). 20 Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Bərdə rayonunda da silsilə tədbirlər keçirilmişdir. Faciənin ildönümü ərəfəsində bütün idarə və təşkilatlarda, Heydər Əliyev Muzeyində, təhsil və mədəniyyət müəssisələrində konfranslar, yığıncaqlar təşkil edilmişdir.
Yanvarın 20-də şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi qarşısında ümumrayon anma mərasimi keçirilmişdir.
Şəhidlərin ruhuna dualar oxunmuş, xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə çıxış edənlər 1990-cı il yanvarın 20-də Bakıda sovet hərbçiləri tərəfindən törədilmiş faciənin dəhşətlərindən danışmış, qanlı hadisəni Azərbaycan xalqının azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi adlandırmışlar.
Tədbirdə məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur. Saat 12.00-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, avtomobillərdən səs siqnalları verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]