“Qarabağ”ın xorvatiyalı qapıçısı: Mövsümü “qızıl dubl”la bitirmək istəyirik
Bakı, 19 may, AZƏRTAC
Azarkeşlərimiz mövsümün əvvəlində bizdən çempionluq gözləyirdi. Bu sevinci onlara yenidən yaşatdığımıza görə çox xoşbəxtik.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan çempionu olan “Qarabağ”ın qapıçısı Fabiyan Buntiç deyib.
O, mövsümü “qızıl dubl”la bitirmək istədiklərini də bildirib: “Sabah”la keçirəcəyimiz kubok oyunu bizim üçün çox vacibdir. Hədəflərimizdən də biri budur. Düzdür, Avropada uğurlu oyun nümayiş etdirə bilmədik. Lakin növbəti il müsbət nəticələr əldə etmək niyyətindəyik”.
Hazırda Ağdam təmsilçisi ilə iki illik müqaviləsi olan 27 yaşlı xorvatiyalı qolkiper gələcək karyerası barədə də danışıb: “Gələcəkdə nələrin olacağını zaman göstərəcək. Burada xoşbəxtəm”.
Qeyd edək ki, “Qarabağ” tarixində 12-ci dəfə Azərbaycan çempionu olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [15:38]
“Neftçi” yoxlama oyunu keçirəcək
- 01.10.2026 [15:26]
Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]