Qazaxıstanda Mərkəzi Asiyanın ən sürətli superkompüteri istifadəyə buraxılır
Astana, 19 may, AZƏRTAC
Mərkəzi Asiyanın ən güclü superkompüteri Qazaxıstana gətirilib.
AZƏRTAC Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu, Mərkəzi Asiya regionunun tarixində ilk superkompüter klasteridir. O, xüsusi olaraq süni intellekt və yüksək performanslı hesablama tapşırıqları üçün nəzərdə tutulmuş ən son “NVIDIA H200” qrafik çipləri üzərində qurulub.
Superkompüterin resursları hər kəs üçün əlçatan olacaq. Neyron şəbəkələrini öyrətmək üçün potensiala ehtiyacı olan startaplar, fundamental və tətbiqi tədqiqatlar aparmaq istəyən universitetlər, tədqiqat mərkəzləri və biznes proseslərində süni intellekt tətbiq edən şirkətlər onlara qoşula biləcək.
Superkompüterin tədarükü Qazaxıstanda yüksək məhsuldar hesablama ekosisteminin inkişafına yol açır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [15:31]
Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib
- 01.10.2026 [15:29]
Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma
- 01.10.2026 [14:46]
Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb
- 01.10.2026 [14:35]
İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib
- 01.10.2026 [14:33]