Qazaxıstandakı Azərbaycan diaspor təşkilatları Türkiyə xalqına başsağlığı vermişdir
Astana, 20 may (AZƏRTAC). Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqının sədri Vidadi Salahov və diaspor nümayəndələri Türkiyənin Astanadakı səfirliyində olmuşlar.
Burada onlar səfir Ömər Burhan Tüzellə görüşmüş, Türkiyənin Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş qəza nəticəsində həlak olanların ailələrinə başsağlığı vermiş, qardaş xalqın kədərini bölüşdüklərini bildirmişlər.
Diaspor nümayəndələri adından Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə və Baş nazir Rəcəb Tayyib Ərdoğana ünvanlanan başsağlığı məktubu səfirə təqdim olunmuşdur.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]