Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qivami Rəhimli: 9-cu Qlobal Bakı Forumunda Nizami irsinə həsr olunmuş təntənə

Qivami Rəhimli: 9-cu Qlobal Bakı Forumunda Nizami irsinə həsr olunmuş təntənə

Bakı, 20 sentyabr, AZƏRTAC

bp şirkətinin hökumətlə əlaqələr üzrə baş müşaviri, filologiya üzrə fəlsəfə doktoru, BDU-nun dosenti Qivami Rəhimli 9-cu Qlobal Bakı Forumunda “Qələmin Sehri. Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş miniatürlər” kitabının təqdimatı barədə təəssüratlarını AZƏRTAC-la bölüşüb.

9-cu Qlobal Bakı Forumu yalnız siyasi diskussiyaları ilə deyil, həm də möhtəşəm mədəni tədbiri ilə yadda qaldı. Bu dəfə Forumun ən parlaq məqamlarından biri Nizami Gəncəvi irsinə həsr olunmuş bir nəşrin – “Qələmin Sehri. Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş miniatürlər” kitabının təqdimatı oldu.

“Xəmsə” dünya ədəbiyyatının şah əsərlərindən biri olmaqla yanaşı, Azərbaycan mədəniyyətinin əbədi xəzinəsidir. Beş epik poemadan ibarət olan bu qiymətli xəzinə – Nizaminin sonsuz müdrikliyini, humanist ruhunu və poetik dahiliyini əsrlər boyunca bəşəriyyətə çatdırıb. Dünyanın hər bir yerində könülləri fəth edən bu incilər, yenicə təqdim edilən nəfis topluda orta əsr miniatür sənətinin nadir nümunələri ilə birləşərək oxucunun ruhunu ovsunlayır, təxəyyülünü qanadlandırır.

Kitabın müəllifi, sənətşünaslıq doktoru, professor Cəmilə Həsənzadə Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş nadir miniatürləri elmi şərhlərlə zənginləşdirib və bu əsər sadəcə, miniatürlər toplusu deyil, həm də tarixlə müasirliyi, Şərqlə Qərbi birləşdirən mədəni körpü rolunu oynayan bir araşdırma olub. 

 

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə hazırlanan bu nəfis nəşr dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə və Prezident İlham Əliyev tərəfindən elan olunmuş “Nizami Gəncəvi İli”nə həm də bp-nin hədiyyəsidir. Kitab Azərbaycan xalqının qədim və zəngin mədəniyyətinin, yüksək milli-mənəvi dəyərlərinin, əsrarəngiz mədəni irsinin və möhtəşəm ədəbi-poetik xəzinəsinin tədqiqi və təbliği fəaliyyətlərinə bp şirkətinin növbəti töhfəsidir.

Bu mədəniyyət hadisəsində bp-nin rolunu Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz xüsusi vurğulayıb. O çıxışında deyib: “Bu gün təqdim etdiyimiz kitab əsrlər boyu Nizami dühasından ilham almış müəllif və sənətkarların yaratdığı, dünyanın müxtəlif guşələrindən toplanmış incəsənət nümunələri - miniatürlərin unikal toplusudur. Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı olaraq, biz Nizami Gəncəvinin – söz və fikir dahisinin “Qələmin Sehri”ni tanıtmaqdan qürur duyuruq”.

Qəri Counzun sözləri bp-nin mədəniyyətə verdiyi dəstəyin yalnız sponsorluq deyil, həm də bir tərəfdaşlıq missiyası olduğunu göstərib.

Nəşrin ön sözündə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri – Latviya Respublikasının sabiq Prezidenti Vayra Vike-Freyberqa və Dünya Bankının keçmiş vitse-prezidenti, İsgəndəriyyə kitabxanaçısı İsmayıl Seragəldin bu işə töhfə verən hər kəsə - alimlərə, tərcüməçilərə, redaktorlara, o cümlədən bp-yə və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevə xüsusi təşəkkürlərini bildiriblər.

9-cu Qlobal Bakı Forumunda dünyanın siyasi liderlərini və mədəniyyət nümayəndələrini bir araya gətirən bu təşəbbüs, Nizaminin ədalət, məhəbbət və müdriklik ideyalarının bu gün də bəşəriyyət üçün yolgöstəricisi olduğunu bir daha nümayiş etdirdi.

Professor Cəmilə Həsənzadə ilə “Qələmin Sehri” kitabının təqdimatından bir neçə dəqiqə öncə yeni araşdırmalar barədə söhbətlər

bp-nin regional prezidenti Qəri Counz professor Həsənzadəyə yaxınlaşaraq onu səmimiyyətlə təbrik edir və miniatürlər toplusu haqqında canlı söhbətə qoşulur

 

 

Təqdimat zalında kitabın müəllifi professor Cəmilə Həsənzadə ilə yanaşı əyləşərkən, mən yalnız tarixi bir anın şahidi olmaqla bərabər, həm də tanış və dəyərli simaları görməkdən çox məmnun oldum. Onların arasında, bir vaxtlar Səngəçal terminalına səfəri zamanı görüşmək şərəfinə nail olduğum, hazırda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviya Respublikasının sabiq Prezidenti Vayra Vike-Freyberqa var idi. Digər dəyərli qonaq, dünyaca məşhur televiziya aparıcısı və görkəmli tarixçi, BBC-dəki verilişində məni “tarixçi və arxeoloq” kimi dəyərləndirən professor Bettany Hughes idi. Onların iştirakı Nizami irsinin beynəlxalq miqyasda tanınmasının bariz göstəricisi idi.

Bu möhtəşəm tədbir zamanı, “Təbrizin sehrli nağılları” yenidən dünyanı dolaşır” adlı məqaləm yadıma düşdü. Həmin yazıda mən qeyd edirdim ki, əlyazmalar və hekayələr təkcə tarixi xatirəni deyil, həm də kimliyi qoruyur. Yeni nəşr olunmuş “Qələmin Sehri” də həmin yolun davamıdır – əsrlərin müdrikliyini bu günün mədəni dialoqları ilə birləşdirərək Nizaminin hikmət, sevgi və ədalətə dair universal ideyalarını gələcək nəsillərə ərməğan edir.

Həmin günün fotoları isə səmimiyyət və həmrəyliyin anlarını əbədiləşdirir: müəllifin yeni ərsəyə gəlmiş əsərə sevgi ilə baxan təbəssümü, bp-nin regional prezidenti Qəri Counzun professor Cəmilə Həsənzadəyə yaxınlaşıb şəxsən təşəkkür etməsi, kitab barədə isti və səmimi söhbətlər… Bu görüntülər indi hər kəsi ruhlandıran fədakar bir alimin – enerjisi və əzmi ilə seçilən Cəmilə xanımın – əziz xatirəsinə çevrilib. Amma təəssüf ki, bu yaddaqalan təqdimatdan bir müddət sonra, 27 avqust 2022-ci ildə professor Cəmilə Həsənzadə dünyasını dəyişdi. Vaxtsız gediş “Qələmin Sehri”ni Cəmilə xanımın Azərbaycan incəsənətinə, tarixinə və ədəbiyyatına həsr etdiyi bir ömrün zirvəsi kimi onun elm yolunun – tədqiqatlarının son mirasına çevirdi. Bu kitab, sadəcə, incə miniatürlərin toplusu deyil, onun ruhu və baxışı kimi gələcək nəsillərə miras qalacaq bir xatirədir. Onun qoyub getdiyi irs bizə xatırladır ki, elmi axtarışlar yalnız zəka işi deyil, həm də ürəkdən gələn bir sevgidir. Mənim üçün isə professor Cəmilə Həsənzadənin xatirəsi təkcə həmin günlə məhdudlaşmır. Yadımdadır, dəfələrlə o, məni arayıb, dünyanın müxtəlif muzeylərindən incəsənət materiallarının əldə olunması və kitablarının hazırlanması üçün kömək istəyirdi. Həmişə minnətdarlıqla danışırdı. Səsi bəzən duyğudan titrəyirdi, bəzən göz yaşlarını gizlətmirdi. Səciyyəvi təvazökarlığı və uzaqgörənliyi ilə əlavə edirdi ki, “Məndən sonra bu işi bəlkə də heç kim davam etdirə bilməyəcək”.

Onun son arzularından biri Osmanlı və Səfəvi dövrlərinə aid miniatürlər əsasında türk dilində yeni bir kitab hazırlamaq idi. Mən də ona bu işdə dəstək verəcəyimə söz vermişdim. Hətta Tehrandakı muzeydən müvafiq materialları əldə etmiş, Topqapı muzeyindən miniatürlərin alınması üzərində işləyirdim. Təəssüf ki, bu vəd mənim ona verdiyim son vəd olaraq qaldı. Bu, həm mənim üçün onun mənə göstərdiyi inamın, həm də yarımçıq qalan böyük işin kədərli bir xatırlatmasıdır.

Cəmilə xanımın həyatdan vaxtsız gedişi ilə “Qələmin Sehri” onun ömürlük elmi axtarışlarının yekununa çevrildi. Bu kitab indi yalnız bir nəşr deyil – bir ömrün, bir sevginin yadigarıdır və onun hər bir səhifəsi həm milli qürur, həm də qlobal dəyər daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaşar Gülər: Bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq, “müharibəyə hazır ol” deməkdən başqa şansımız yoxdur

Narkoloji Mərkəzdə maarifləndirici tədbir: Dövlət Komissiyası və QHT-lər bir arada

“Neftçi” yoxlama oyunu keçirəcək

Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib

Zakir Həsənov: “Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək

Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Türkmən baxşılarının Türk dünyasının ortaq mədəni yaddaşında rolu

Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir

Bill Qeyts süni intellektin zərərlərinin faydalarından çox olacağını bildirib

Azərbaycan və Rusiya Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

Uşaqların süni intellektlə emosional bağ qurması narahatlıq yaradır - Araşdırma

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım

Zaqatalada episentrdə 4 bal hiss edilən zəlzələ olub

Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası baş tutub

Ərtegin Salamzadə: 35 ildə Azərbaycanın irsinin dünya səviyyəsində tanıdılması mühüm nəticədir

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Mark Rutte: Hazırda NATO ölkələri üçün Rusiya tərəfindən heç bir təhlükə yoxdur

AQTA: Gəncədə orta məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir – YENİLƏNİB

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Xəzərdə güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edilib

Azərbaycan və Serbiya kombinəedilmiş buxar-qaz elektrik stansiyası inşa edəcək

“Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı dövlətçilik tarixinin öyrənilməsi baxımından önəmlidir

Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb

Akademik: Azərbaycan milli irsinin mənimsənilməsi probleminin həlli istiqamətində birgə iş aparılmalıdır

Ekspert: Peşə seçimində mütəxəssis rəyi və əmək bazarının tələbləri nəzərə alınmalıdır

Daxili işlər naziri MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edib

Süni intellekt və peyk məlumatları vasitəsilə Xəzər dənizinin monitorinqi təklif olunur

Mərkəzi Bank: “T-Kredit” və “Fintrend”in lisenziyası ləğv edilib

Müşfiq Cəfərov: “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” kitabı qiymətli mənbədir

İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib

Bərdədə şəhid polkovnik-leytenant Mehman Qənbərovun xatirəsi anılıb

Rusiya bir qrup macar diplomatı ölkədən çıxarır

Ronaldunun Portuqaliya millisindəki forma nömrəsi “Qalatasaray”ın futbolçusuna verilib

“Birliyin Gücü-2026”: Üç ölkənin müdafiə nazirləri silah və hərbi texnika sərgisinə baxıblar

Pekin Universitetində Azərbaycan dili dərsləri bərpa edilib

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu keçirilib YENİLƏNİB 3 VİDEO

Pərvin Kərimzadə: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı hər bir vətəndaş üçün yaddaş mənbəyidir

Fariz İsmayılzadə: Əmək bazarı üçün peşəkarların yetişdirilməsi vacib məsələlərdəndir

Müəllimlikdən turizm bələdçiliyinə, oradan magistraturaya - Dövlət Proqramı qalibinin hekayəsi

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir

Paytaxt üzrə 17 min 622 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub

“James Webb” teleskopunun göndərdiyi fotoşəkillər “cırtdan” qalaktikalar haqqında daha geniş məlumat verir

ABF rəsmisi: “Neftçi” Avropa Kubokunun əsas mərhələsinə yüksəlməklə mühüm uğura imza atdı

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

“Filtrsiz” podkastının qonağı bloger Sausan Cəfər olub VİDEO

Vüqar Kərimov: Hirkan meşələrinin qorunması bizim üçün həm beynəlxalq öhdəlik, həm də milli məsuliyyətdir

Sentyabrda “Brent” 14 faiz bahalaşaraq iyuldan bəri ən güclü aylıq artım tempi göstərib

Media Forumu: Sosial birlik və mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolu PANEL İCLAS

Kubanıçbek Ömüralıyev: Zəngəzur dəhlizi Şərq və Avropa arasındakı marşrut üçün çox vacibdir

Aktotı Raimkulova: Mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması əsas istiqamətlərdəndir

Nizami rayonunun bəzi ərazilərinə suyun verilişi dayandırılacaq

Azərbaycan-Yunanıstan biznes forumu baş tutub

Azizbek Omarkulov: CAMCA regionda iqtisadi əlaqələri genişləndirməyə kömək edir

Baş katib: Türk dövlətləri arasında müxtəlif sahələrdə çoxşaxəli əməkdaşlığı təşviq etmək məqsədimizdir

Akademik Teymur Kərimli: Nizami Gəncəvi dünya mədəniyyəti irsinin varislərindən biridir

Qazaxıstan və Çin Xəzər regionu ilə beynəlxalq yük axınlarının genişləndirilməsini nəzərdən keçirib

Dünya Kuboku: Azərbaycanın 6 üzgüçüsu finala yüksəlib, Fatimə Alkərəmova yeni rekord müəyyənləşdirib

Türkiyə-Azərbaycan qardaşlığı xalqlarımızın tarixi və mənəvi birliyinə əsaslanır - ŞƏRH

“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik xəttinin bir aydan az müddətdə istifadəyə verilməsi gözlənilir

Şahin Mustafayev: Azərbaycan irsinin UNESCO siyahılarına daxil edilməsi üçün böyük imkanlar var

Prak Taveak Amida: Etibarlı media müxtəlif fikirlərin ifadə olunması üçün məkan yaradır

Sabah yağış yağacaq, külək güclənəcək

Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb

Rumıniyada Aİ-nin quruda ən böyük Günəş elektrik stansiyası layihəsi reallaşdırılacaq

YAP-ın VIII qurultayının nümayəndələri Ulu Öndərin xatirəsini yad ediblər

Türk Tarix Qurumu Azərbaycan aliminin ikicildlik əsərini çap edib

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir VİDEO

Salkın Sarnogoyeva: Media cəmiyyəti birləşdirən və mədəniyyətlərarası dialoqa rəvac verən vasitədir VİDEO

Xəzər Boru Kəməri Konsorsiumunun Qara dənizdəki terminalından neft daşınması 4 milyon ton azalıb

ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır

Zaid Əl-Nəvayseh: “Deepfake” alətlərinin sürətlə inkişafı bu sahədə yeni çağırışlar meydana çıxarır

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Azərbaycan avarçəkənləri Mingəçevir Reqatasını 22 medalla başa vurublar VİDEO

Sofiyada nüvə energetikası, süni intellekt və kibertəhlükəsizliyə dair müzakirələr aparılır

Fələstinli səfir: Media etimadın möhkəmləndirilməsinə töhfə verə bilər

Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri məlum olub

Birləşmiş Ştatların neft ehtiyatları artır

Səadət Yusifova: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı beynəlxalq auditoriya üçün istinad mənbəyidir

Sosial Xidmətlər Agentliyi: 2791 ahıl şəxsə evdə sosial xidmət göstərilir

Azərbaycan Basketbol Liqasında yeni maliyyələşdirmə modeli: Çempion 1,4 milyon manat mükafat qazanacaq

Hərbi ekspert: Azərbaycanın istehsal etdiyi silahlar bir çox ölkələrin ordularında uğurla istismar olunur

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır VİDEO

Pakistanın dövlət naziri: Media cəmiyyətlər arasında etimadın möhkəmləndirilməsində mühüm rol oynayır VİDEO

Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

Tbilisidə regionda ictimai nəqliyyatın inkişafı və şəhər nəqliyyatının təşkili məsələləri müzakirə edilib

Kobuljon Əhmədov: Media müasir dünyada dialoqun daha da möhkəmləndirilməsində vacib amildir

“Startup School 4” proqramının finalı - “Demo Day” baş tutacaq

BDU əməkdaşlarının üç layihəsi Azərbaycan Elm Fondunun əsas qrant müsabiqəsinin qalibi olub

Rumıniyada hökumət böhranı: Növbəti siyasi addımlar müzakirə olunur

Xəzər rayonunda 36 kiloqram narkotik vasitə aşkarlanıb

Seymur Fətəliyev: Azərbaycan irsi haqqında nəşrlərin ispan dilində hazırlanması böyük əhəmiyyət daşıyır

Türkiyədə 216 muzey və qoruq rəqəmsallaşdırılır

Vaqif Sadıqov: Ayxan Abbasov tək bu günü düşünmür, həm də gələcəyin komandasını qurur

Baş katib: TDT-yə üzv dövlətlərin müdafiə sənayesi sahəsində əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır

Analitiklər: Razılaşma olmasa, neftin qiyməti yüksək həddə qalacaq

Elman Abdullayev: “Azərbaycan irsi UNESCO siyahılarında” kitabı bələdçi rolunu oynayır

Tbilisidə Orta Dəhlizlə bağlı müzakirələr aparılır

“Reuters”: Efiopiyanın paytaxtında partlayış səsləri eşidilib

Azərbaycanın müharibədən sonra geosiyasət quruculuğu - TƏHLİL