Qobustandakı bağ-bağat mərkəzində mehmanxana binası tikilir
Qobustan, 2 dekabr (AZƏRTAC). Qobustan rayonunun bağ-bağat mərkəzində tikilən 20 yerlik mehmanxana binasında işlər başa çatdırılır.
AZƏRTAC xəbər verir ki, on hektar ərazisi olan bağ-bağat mərkəzi hələ tam istifadəyə verilməsə də artıq təkcə yerli deyil, hətta xarici turistləri belə özünə cəlb edir. Mərkəzdə iki süni göl yaradılmış, on mindən çox ağac əkilmişdir. Burada alma, armud ağacları ilə yanaşı, xan çinar, cökə, akasiya, tut, cins qızılgül və digər bəzək gülləri əraziyə xüsusi yaraşıq verir.
Mərkəzdə Azərbaycan mətbəxi ilə yanaşı, “Ocaqbaşı” türk mətbəxi, “Qırğız evi” çadır istirahət guşəsi də fəaliyyət göstərir. Burada hər cür şəraiti olan uşaq əyləncə guşəsi də artıq fəaliyyətdədir.
Bağ-bağat mərkəzində müasir işıqlandırma sistemi qurulmuşdur. Hazırda buraya qaz kəməri və rabitə xətti çəkilir. Artıq tamamlanma işlərinin aparıldığı mehmanxana binası isə arxitektura görünüşü ilə istirahət guşəsinə gələnlərə xoş əhval-ruhiyyə bəxş edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.07.2026 [17:56]
Bu ilin birinci yarısında hotellərin gəlirləri 279 milyon manat olub
- 20.07.2026 [14:19]
Moskvada Azərbaycanın turizm potensialı təqdim olunub
- 15.07.2026 [12:26]