Qoşunların yeni tədris dövrünə hazırlığının yoxlanılması davam edir
Bakı, 28 yanvar, AZƏRTAC
Qoşunların yeni tədris dövrünə hazırlığının yoxlanılması məqsədilə keçirilən kompleks tədbirlər çərçivəsində hərbi hissələrin zirehli, avtomobil və xüsusi texnikalarının vəziyyəti yoxlanılır və qiymətləndirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi texnikanın vəziyyətinin qiymətləndirilməsi onun əsas sistem və aqreqatlarının fəaliyyətinin yoxlanılması ilə həyata keçirilir.
Kompleks tədbirlər davam edir.