Azərbaycan Dövlət İnformasiya Agentliyi

Quba: Azərbaycanın turizm maqniti

Bakı, 7 aprel, AZƏRTAC

Quba rayonu Azərbaycan paytaxtına məsafə baxımından ən yaxın olan regionlardan biridir, buna görə də turistlərin ən çox axın etdiyi yerdir. Qubada çoxlarımız dincəlib. Qəçrəş, Təngəaltı, Qırmızı Qəsəbə, ən cəsur səyahətçilər isə ola bilsin ki, yüksək dağlıq Qrız, yaxud Xınalığa da gedib çıxıblar. Bizə elə gəlir ki, Quba haqqında hər şeyi bilirik. Lakin sizə bəllidir ki, xınalıq camaatının danışdığı dili özlərindən başqa heç kim başa düşmür? Yaxud Qudyalçay üzərindəki körpünü unikal edən nədir? Ya da sandıqda tozlanan Quba xalça məktəbinin sumağının qiyməti indi neçəyədir?

Xına rəngli qayalar, yaxud səmavi Asqard

Tarix sübut edir ki, Şahdağın şimal-şərq ətəklərində, Qudyalçayın sahillərində yerləşən indiki Quba rayonunun ərazisində insanlar hələ qədim zamanlardan məskunlaşıb. Alban və ərəb mənbələrində, avropalı coğrafiyaşünasların əsərlərində buna dair çoxlu qeydlərə rast gəlinir. “Quba” toponimi hələ də birmənalı izah edilməyib. Ərəblər yazır ki, Məhəmməd Peyğəmbərin Məkkə şəhəri yaxınlığında tikdiyi ilk məscid “Qubba” adı daşıyıb. Məlumdur ki, X əsrdə Qubanın adı məhz bu cür də səslənirdi ¬- “Qübbə”. XI əsrin ərəb tarixçisi İbn Haqvey Azərbaycanın hakimi Ənuşiravanın Bab-Firuzqubad qalasını inşa etməsi haqqında məlumat verir. İddia olunur ki, bu ad altında müasir Quba nəzərdə tutulur. Toponimin ərəb mənşəli olmasını inkar edən alimlərin fikrincə, “Quba” türk mənşəli sözdür və qədim türk tayfalarından birinin adıdır. 

Qubanın ən qədim və yüksək dağlıq kəndlərindən birinin sakinləri olan xınalıqlıların tarixə öz baxışları var. Onlar iddia edirlər ki, bu yer Nuh peyğəmbərlə bağlıdır. Rəvayətə görə, yüksək və düzən məkanı görən (indi bu yerin yaxınlığında Xınalıq kəndi yerləşir) Nuh lövbəri məhz burada suya atıb və hamıya gəmini tərk etməyi buyurub. Beləliklə, xınalıqlılar özlərini Nuhun varisləri sayırlar. Əsrlər üst-üstə gəlsə də, həyat tərzləri yerində sayan Xınalıq sakinləri əmindirlər ki, tufandan sonra Nuhun oğlanları - Sam və Ham başqa yerlərə köç ediblər, Yafəs isə övladları ilə yurdunu dəyişməyib, Qafqaz xalqları da məhz onlardan törəyib.

Əfsanəyə görə, ilk vaxtlarda kənd Keşt dağının ətəklərində yerləşib, sonralar o, zəlzələ nəticəsində dağılıb, sağ qalmış sakinlər isə yaxınlıqdakı Dam-dam dağı ətəklərində məskən salıb və xına əkməyə başlayıblar. Guya o vaxtlardan kənd “Xınalıq” adı alıb. Başqa bir fərziyyəyə görə, “Xınalıq” adı yalnız ötən yüzilliyin 50-60-cı illərindən işlənməyə başlayıb.

Bu məsələdə nəyin düz, nəyin uydurma olduğunu demək çətindir. Amma yüzdə-yüz məlumdur ki, xınalıqlılar kəndlərini “Keşt”, özlərini “Kettid”, dillərini isə “Keşt mitsl” adlandırırlar. Dəniz səviyyəsindən 2300 metr yüksəklikdəki Xınalıq kəndi ərazisində rast gəlinən balıqqulağılar və balıqların daşlaşmış qalıqları isə şübhəyə yer qoymur: doğrudan da bir zamanlar buralar su ilə örtülü olub.

Maraqlıdır ki, məşhur Norveç alim-səyyahı Tur Heyerdal Azərbaycana səfəri zamanı Qubaya baş çəkib, çünki o hesab edirmiş ki, alman-Skandinaviya eposu “Edda”da adı çəkilən “aslar” xalqların böyük köçü zamanı Avropaya gəlib çıxmış azərbaycanlıların ulu əcdadlarıdır. “Edda”da nəql olunur ki, Odinin rəhbərlik etdiyi aslar Asqardda - səmavi məkanda yaşayır. Bəlkə o “səmavi məkan” elə Xınalıqdır?

Bu gün Xınalıqda turist əlindən tərpənmək olmur. Həm də xarici səyyahlar bizimkilərdən çoxdur. Əcnəbiləri hər şeydən çox Xınalıq dili maraqlandırır. Xınalıqlılardan başqa heç kim bu dildə danışmır. Onu ildən-ilə bura qayıdan almanlar, hollandlar, fransızlar, amerikalılar - alimlər və ya sadəcə həvəskarlar öyrənməyə çalışır. Xınalıqlılar onların hamısını tanıyır, necə deyərlər, üzdən və adbaad. Nə deyirsən-de, dünyanın dörd bir yanından olan gəlmələrin kəndə yüksək diqqəti Xınalıq sakinlərini çox əyləndirir.

Beş xanlığın ittifaqı və unikal körpü

Maraqlıdır ki, hələ XVIII əsrdə, Fətəli xanın hakimiyyəti dövründə (1758-1789) Quba birləşmiş Azərbaycanın mərkəzi ola bilərdi. O zamanlar Quba xanlığının təsiri xeyli yüksəlmişdi. Bütün Şimali Azərbaycanı öz hakimiyyəti altında birləşdirməyə və təcavüzkarlara müqavimət göstərməyə çalışan Fətəli xan qonşu feodal xanlıqları birliyə çağırırdı. Fətəli xan Dərbənd, Bakı, Şamaxı, Salyan və Gəncə xanlıqlarını birləşdirə bilsə də, özünün vahid Azərbaycan arzusunu həyata keçirə bilmədi. Onun ölümündən sonra Quba xanlığı əvvəlki qüdrətini və əhəmiyyətini itirdi. Paradoksal olsa da, strateji əhəmiyyətli sayılan Qubada (onu “qala” adlandırırdılar) müdafiə istehkamları yox idi. 1806-cı ildə rus qoşunları şəhəri ələ keçirdi və 1813-cü ilin Gülüstan müqaviləsinə əsasən, Rusiya onu ilhaq etdi. 

Quba təkcə zəngin tarixi yox, həm də təbiəti ilə tanınır. Qubanın ən məşhur su hövzəsi Qudyalçaydır. Bununla bərabər, rayonda nə az, nə çox, 100-dən çox böyük və kiçik çay axır! Onların çoxunda su təmiz və içməyə yararlıdır. Bu çaylar arasında ən böyükləri Ağçay, Qaraçay, Vəlvələçay və başqalarıdır. Vəlvələçayın kəsimlərindən birində “Azərbaycanın təbiət abidələri”nə daxil edilən Afurcan şəlaləsi yerləşir. Çayın yaxınlığındakı dərədə Azərbaycanın Qırmızı Kitabına salınan ağbaş kərkəslər - qartallar koloniyası məskən salıb. Amma mənsəbini Böyük Qafqaz sıra dağlarından, 3 min metr yüksəklikli Tufandağ zirvəsindən alan, 108 kilometr uzunluğa malik Qudyalçay, əlbəttə, haqlı olaraq Quba ərazisindən axan ən böyük çay sayılır. Onun yatağının ümumi sahəsi 799 kvadratkilometrdir.

Məhz Qudyalçay üzərində 1910-cu ildə ölkəmiz üçün unikal olan daş körpü tikilib. 275 metr uzunluğa və 8 metr enə malik bu tağlı körpünün on dörd gözü bişmiş kərpicdən hörülüb. Bu cür konstruksiyalı körpü Azərbaycanın başqa heç yerində yoxdur. Hətta çayın səviyyəsini qaldıran möhkəm sel axınları və daşqınlar da nadir konstruksiyalı körpünü zədələməyə qabil deyil. Bu, Quba qəzasında mövcud olmuş, həm də zəmanəmizə gəlib çatan yeddi körpüdən yeganəsi və ən uzunudur. Qudyalçay körpüsü memarlıq abidəsi kimi dövlət mühafizəsi altındadır və bu yaxınlarda əsaslı bərpa olunub. Bu gün ondan yalnız piyadalar istifadə edir. Körpüdən keçməklə Nizami adına köhnə Quba parkından məşhur Qırmızı Qəsəbəyə asanlıqla gəlib çatırsan. Bu qəsəbə İsraildən kənarda dünyada ən böyük yəhudi yaşayış məskənlərindən biridir. Burada özlərinə “cuqur” deyən dağ yəhudiləri yaşayır.

Deyirlər ki, əvvəllər onun adı “Yəhudi qəsəbəsi” olub, amma sovet hakimiyyətinin qurulmasından sonra, 1926-cı ildə adını dəyişib, zəmanəyə uyğun “Qırmızı Qəsəbə” qoyublar. Qəsəbənin tarixi 1722-ci ildən başlayır. Quba hakimi Hüseyn xan və onun oğlu Fətəli xanın himayəsi sayəsində yəhudilər burda məskən salıb. Hazırda Qırmızı Qəsəbə küçələrindən biri Fətəli xanın adını daşıyır, onun şərəfinə hətta sinaqoq tikilib.

Bu gün Qırmızı Qəsəbə əksəri dəbdəbəli iki və ya üçmərtəbəli kotteclər və mərmər sütunlu elit evlərdən ibarət modern yaşayış məskənidir. Bura həm də bir çox məşhur biznesmenlərin vətənidir: moskvalı milyonçu Akif Qilalov, “Rusiyanın daşınmaz əmlak kralı Zarax İliyev, Qod Nisanov və başqaları.

Bir çox gənclər Qırmızı Qəsəbəni tərk edir və dünyanın dörd bir yanında məskən salırlar, amma hökmən valideynlərinə və qohumlarına baş çəkməyə gəlirlər. Buna görə də tez-tez küçələrdə xarici dildə danışanlara rast gəlmək olar.

Qızıl xalça və Dümanın hamamı

Əgər desək ki, Quba Azərbaycanın ən böyük xalçaçılıq mərkəzidir, orijinal olmayacağıq. Lakin 1712-ci ildə burada toxunmuş “Qollu Çiçi” xalçası hazırda Nyu-Yorkda “Metropoliten” muzeyində nümayiş olunur. Quba xalçaları olduqca nəfisdir: onlar üçün xırda qəşəng naxışlar, müxtəlif formada medalyonlar, bitki elementləri səciyyəvidir. Bu gün Qubada asanlıqla ürəyin istəyən əl ilə toxunan xalça almaq və ya onun istehsalı prosesini müşahidə etmək olar. Şəhərdə Xalçaçılıq Assosiasiyası və çoxlu sayda emalatxanalar yerləşir. Bu, çox vacibdir. Məsələn, Şamaxı da məşhur Şirvan xalçaçılıq məktəbinin mərkəzidir. Lakin biz son vaxtlar orada olarkən (Şamaxı haqqında yazılar:

http://azertag.az/xeber/Samaxi___Azerbaycanin_xezinesi-938116

http://azertag.az/xeber/Azerbaycanin_xezinesi_Samaxi_qedim_paytaxtin_efsaneleri-939313)

öyrəndik ki, rayonda bir dənə olsun xalçaçılıq sexi qalmayıb, yerli xalçaları satan bir mağaza da yoxdur. Ola bilsin ki, xalça ustaları bu işlə evdə məşğul olur, lakin sadə turistlər üçün onları tapmaq çox çətindir. 

Bu məsələ Qubada öz həllini çox gözəl tapıb. Məsələn, “Qədim Quba” xalçaçılıq müəssisəsində hətta xalça üzərində öz portretini də sifariş vermək olar. Şirkətin sahibi Humay Məmmədova arxayınlıqla söyləyir ki, dünyanın hər yerindən xalça sifarişləri alır, eskizləri şirkətə elektron poçtla da göndərmək olar.

“Xalça dünyası” Assosiasiyası və “Aygün” tikiş-istehsalat firmasının rəhbəri Fatimə Ağamirzəyeva bizə kolleksiyaçıların Azərbaycan xalçasından ötrü necə əldən-ayaqdan getməsinə dair maraqlı əhvalat söylədi. Belə ki, bu yaxınlarda kəndlərin birində ev sahibləri sandıqdan qədimi sumax xalçası tapıblar və onu satmağı qərara alıblar. Alıcının “Xalça neçəyədir” sualına satıcı 1500 dollar nəzərdə tutaraq barmaqları ilə 1 və 5 göstərib. Xalçanın dəyərini yaxşı bilən əcnəbi kolleksiyaçı güman edib ki, ondan 150 min dollar istəyirlər və dərhal razılaşıb. Beləliklə, kənd sakini bir anda varlanıb, Azərbaycanın daha bir xalçası isə ölkədən çıxarılıb. Amma Fatimə xanım həmin xalçanın fotoşəklini çəkməyə macal tapıb və onun naxışlarını sonradan bərpa edə bilib. Bu gün həmin xalçanın surətini qeyd edilən emalatxanada görmək olar.

Quba səyahətçiləri həmişə cəlb edib. Azərbaycanı “Yer üzünün cənnəti” adlandıran rus yazıçısı Bestujev-Marlinski, qubalıların qonaqpərvərliyinə və kulinariya məharətinə heyran qalan fransız yazıçısı Aleksandr Düma burada olublar. Hər iki məziyyət qubalılara bu gün də xasdır. Təkcə Quba paxlavası və bükməsi nəyə desən dəyər!

A.Dümaya gəldikdə isə, görünür ki, o, Qubada yaxşı istirahət edib və hətta yerli hamamda “sümüklərini yumşaldıb”. İstənilən halda, Qubanın məşhur Çuxur hamamından söhbət düşəndə hər kəs sizə deyər ki, vaxtilə orada Aleksandr Düma yuyunub, ondan 150 il sonra isə ora yazıçının nəticəsi (düzü, o yuyuna bilməyib, çünki hamam çoxdandır fəaliyyət göstərmir) gəlib. Bununla belə bu hamam tarixi dəyərə malikdir. Onun XVIII əsrdə qırmızı kərpicdən tikilmiş binasının böyük günbəzi var. Bu, içəridə lazımi temperaturu və rütubəti saxlamağa kömək edirmiş. Su isə hamama binanın arxasındakı quyudan, sonralar isə şəhərin su kəmərindən verilib. Bura 1985-ci ilədək hamam kimi işləyib və qubalılara əsas istirahət yeri kimi xidmət göstərib. Şərq memarlığının bu incisi hazırda dövlət tərəfindən mühafizə olunur. Hamamın kədərli sirləri də var. Yerli əhalinin söylədiyinə görə, 1918-ci ildə ermənilər tərəfindən Qubada törədilən soyqırımı zamanı adamları Çuxur hamamında buxarda boğublar. Sonra isə onları çalaya töküblər. Beləliklə, biz Quba tarixinin ən faciəvi səhifələrindən birinə yaxınlaşdıq. 2007-ci ildə Qubada stadionun tikintisi zamanı kütləvi məzarlıq aşkar edilib. Qazıntı zaman bir insan skeleti də bütöv tapılmayıb - öldürülənlərin bədənləri şaqqalanıb, sonra isə quyuya atılıb. Ermənilərin həyata keçirdiyi soyqırımı zamanı təkcə azərbaycanlılar deyil, ləzgilər, yəhudilər və digər xalqların nümayəndələri də məhv edilib. Ən dəhşətlisi isə odur ki, Qubada aparılan qazıntılar zamanı bir güllə belə tapılmayıb, adamların hamısı küt alətlə öldürülüb. Hər yerdə pas atmış mıxlar var. Ermənilər köməksiz qurbanlara güllə sərf etmək istəməyiblər və onları amansız qəddarlıqla - başlarına mıx çalmaqla öldürüblər... Hazırda bu ərazidə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb.

P.S.

Qədim şəhər bu gün simasını dəyişməkdədir. Baş plana müvafiq olaraq burada binalar vahid üslubda bərpa edilib, evlərin damları ənənəvi qırmızı kirəmitlə örtülüb, fasadları təbii daşla üzlənib. Su kommunikasiyası və yol örtüyü təzələnib. Qubada hər şey onun ildən-ilə çoxalan qonaqlarını qəbul etməyə hazırdır.

Emil Eyyubov

Məxsusi olaraq AZƏRTAC üçün

Foto: Şahin Mürşüdlü, www.goldenbook.az

Layihə haqqında

Əziz oxucular, sizi Azərbaycan regionlarında səyyahları gözləyən heyrətamiz tapıntılarla tanış etməyə davam edirik. Xatırladaq ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan regionları üzrə turist bələdçi kitabçalarının tərtibi layihəsi çərçivəsində jurnalist fotoqrafla birgə Azərbaycanın bir sıra iri bölgələrini gəzib-dolaşıb. Məqsəd turistləri bu yerlərin bitib-tükənməz potensialı ilə tanış etməkdir. Hazırda Quba, Qusar, Xaçmaz, Qəbələ, İsmayıllı, Masallı və Mingəçevirə dair bir neçə dildə bələdçi kitabçaları nəşr edilib. Şəki, Gəncə, Şəmkir, Şamaxı və Azərbaycanın digər şəhər və regionları üzrə turist bələdçi kitabçalarının nəşrinə isə hazırlıq işləri görülür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır