Rusiyanın Blaqoveşşensk şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Bakı, 7 mart (AZƏRTAC). Rusiya Federasiyasının Amur vilayətinin Blaqoveşşemsk şəhərində Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar “Araz” Azərbaycan Milli-Mədəniyyət Cəmiyyəti tərəfindən təşkil olunmuş anım tədbiri keçirilmişdir.
Tədbirə Blaqoveşşensk ali məktəblərinin tələbələri dəvət olunmuşdular. Qeyd edək ki, təqribən 100 adam o faciəli günlərdə Xocalı şəhərində həlak olanların xatirəsini yad etmək üçün “Köhnə Bakı” restoranına gəlmişdi.
Əvvəlcə bu kədərli hadisələrə həsr olunmuş videomateriallar göstərilmişdir.
Toplaşanlar qarşısında “Araz” Azərbaycan Milli-Mədəniyyət Cəmiyyətinin rəhbəri, Ümumrusiya Azərbaycanlıları Konqresinin Blaqoveşşensk regional şöbəsinin sədri M.Əskərov, Amur Dövlət Tibb Akademiyasının tələbəsi S.Məmmədov və başqaları çıxış etmişlər.
Müzakirələr zamanı hamı yekdilliklə bu fikirdə olduğunu bildirmişdir ki, Xocalı soyqırımı haqqında həqiqətin Rusiya ictimaiyyətinə çatdırılması işi davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]