Şahin Ömərov Xarkov vilayətinin Milli-Mədəni Birlikləri Şurasının rəhbər heyətinə seçilmişdir
Kiyev, 11 fevral (AZƏRTAC). Ukraynanın Xarkov Vilayət Dövlət Administrasiyasında ölkənin bu ən iri sənaye, aqrar və humanitar regionunun yenidən yaradılan Milli-Mədəni Birlikləri Şurasının rəhbər heyətinə seçkilər keçirilmişdir.
Xarkovda Azərbaycan diasporunun maraqlarını təmsil etmək üçün Azərbaycan-Ukrayna “Dostluq” Cəmiyyətindən Şahin Ömərovun namizədliyi irəli sürülmüşdür.
Səsvermənin yekunlarına görə, cəmiyyətin idarə heyətinin üzvü, Ukrayna-Azərbaycan Biznes Şurasının prezidenti Şahin Ömərov Xarkov vilayətinin Milli-Mədəni Birlikləri Şurası həmsədrinin müavini vəzifəsinə seçilmişdir.
Zeynal Ağazadə
AZƏRTAC -ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]