Sankt-Peterburqda Azərbaycan Təhsil Mərkəzi yaradılmışdır
Moskva, 20 fevral (AZƏRTAC). Prezident proqramlarının həyata keçirilməsinə yardım üzrə birgə qərargaha daxil olan “Razılıq. Sabitlik. İnkişaf” ictimai hərəkatının Əlaqələndirmə Şurası üzvlərinin təşəbbüsü ilə Sankt-Peterburqda uşaqlar və gənclər üçün Azərbaycan Təhsil Mərkəzi yaradılmışdır.
Təhsil Mərkəzində Sankt-Peterburqun orta məktəb şagirdləri, müxtəlif ali məktəblərinin tələbələri məşğul olurlar. Hamı üçün icbari qaydada Azərbaycan tarixinin öyrənilməsi üzrə mühazirələr və praktik məşğələlər keçirilir. Azərbaycan dilini müəyyən dərəcədə bilən şəxslər üçün Azərbaycan dili ayrıca tədris olunur. Azərbaycan dilini “sıfırdan” öyrənən qrupun tərkibi özünəməxsusdur. Bu qrupda Sankt-Peterburqda doğulmuş və Azərbaycan dilini qətiyyən bilməyən azərbaycanlı uşaqlar, öz azərbaycanlı dostları ilə birlikdə Azərbaycan dilini öyrənmək istəyən rus uşaqlar vardır. Məşğələləri tarix elmləri namizədi, Sankt-Peterburq Dövlət Universitetinin dosenti Niyazi Niyazov və Azərbaycan dili müəllimi Həsən Məsim oğlu aparırlar.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]