SANKT-PETERBURQDA DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ MÜNASİBƏTİLƏ TƏDBİR KEÇİRİLMİŞDİR
Konsulluqdan AZƏRTAC-a bildirmişlər ki, tədbirdə çıxış edənlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə hər il qeyd olunan milli həmrəylik gününün soydaşlarımızın bir araya gəlməsində böyük rol oynadığını vurğulamışlar. Bundan əlavə, müasir Azərbaycanın sürətli inkişafından, Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsindən, Ermənistanın işğalçılıq siyasətindən də bəhs olunmuşdur.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin hüquq şöbəsinin müdiri R.Əliyev Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin uğurları barədə məlumat vermişdir.
Şəhər hökuməti nümayəndələrinin də qatıldığı tədbirdə Azərbaycan süfrəsi açılmış, Sankt-Peterburqda fəaliyyət göstərən “Çinar” uşaq ansamblının ifasında Azərbaycan musiqisi, habelə şairlərimizin şeirləri səslənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]