Səbail rayonunda 28 May- Respublika gününə həsr olunmuş iməcilik keçirilmişdir
Bakı, 29 may (AZƏRTAC). 28 May- Respublika günü ilə bağlı Səbail rayonunda müxtəlif tədbirlər, o cümlədən hər həftənin şənbə günü iməciliklər keçirilir. Bu iməciliklər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair müşavirədə ölkə başçısının ekologiya, xüsusilə Bayıl yamacında böyük meşə zolağının yaradılması ilə bağlı verdiyi tapşırıqların icrasına yönəlmişdir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, növbəti iməcilik Bibiheybət yolu boyu yamacda və Bayıl yamacında keçirilmişdir. İməcilik iştirakçıları 3000 Eldar şamı, zeytun və digər ağaclar əkmiş, əvvəl əkilmiş 1000 ağaca, «Bibiheybətneft» NQÇİ-nin ərazisində neftçilər tərəfindən əkilmiş ağaclara qulluq göstərmişlər.
İməcilikdə rayonun təsərrüfat xidmətlərinin, orta məktəblərinin kollektivləri xüsusi fərqlənmişlər.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]