Şəhidlərimizin qisası düşməndə qalmayacaqdır
Siyəzən, 20 yanvar (AZƏRTAC). Siyəzəndə 20 Yanvar faciəsinin 23-cü ildönümü münasibətilə anma mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, şəhərdəki Şəhidlər xiyabanında keçirilmiş mərasimdə torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi yad edilmişdir.
Şəhidlərimizin məzarları üzərinə əklil və gül dəstələri qoyulmuşdur.
Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin uyuduqları bu məkanı özlərinin təsəlli yeri hesab etdiklərini deyən mərasim iştirakçıları igid Vətən övladlarının qisasının düşməndə qalmayacağına and içmişlər.