Şəhidlərimizin xatirəsi heç zaman unudulmayacaqdır
Bakı, 20 yanvar (AZƏRTAC). Şəhidlərimizin xatirəsi heç zaman unudulmayacaqdır.
Qaradağ rayonunun Qobustan qəsəbə sakini Polad Məmmədov AZƏRTAC-a bildirmişdir ki, 20 Yanvar şəhidləri ölkəmizin azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmişlər. Onlar Vətən uğrunda şəhid olaraq, o ali zirvəyə ucalmışlar. Şəhidlik heç də hər adama qismət olmur. Bizim də borcumuzdur ki, onları unutmayaq, yad edək və bu qəhrəmanlıq tariximizi gənc nəslimizə ötürək, aşılayaq. Nə qədər acı olsa da, azadlıq qan bahasına qazanılır. Biz isə bu azadlığı, müstəqilliyi qoruyub saxlamaq və möhkəmləndirmək üçün əlimizdən gələn hər şeyi etməliyik.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]