Serbiyada məktəbə silahlı hücum nəticəsində 9 nəfər həlak olub
Belqrad, 3 may, AZƏRTAC
Serbiyanın paytaxtı Belqradda orta məktəbə silahlı hücum nəticəsində 9 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyi paytaxtdakı Vladislav Ribnikar adına orta məktəbin 7-ci sinif şagirdinin mühafizəçilərə və şagirdlərə atəş açdığını, hadisə nəticəsində mühafizəçi və 8-i şagird olmaqla 9 nəfərin həlak olduğunu açıqlayıb. Beş şagirdin isə yaralandığı bildirilib. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb. Atasına məxsus silahla hadisəni törədən şagirdin saxlandığı bildirilir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:33]
Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır
- 05.10.2026 [14:20]
Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır
- 05.10.2026 [14:16]
Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər
- 05.10.2026 [13:26]
Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib
- 05.10.2026 [13:16]