Somada baş verən faciə Almaniyadakı Azərbaycan diasporunu da dərindən kədərləndirmişdir
Bakı, 16 may (AZƏRTAC). Mayın 16-da Avropa Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Türkiyənin Kölndəki baş konsulu Hüseyn Emre Enginlə görüş keçirilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilmişdir ki, görüşdə Avropa Azərbaycanlıları Konqresinin prezidenti, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samira Patzer-İsmailova və Köln şəhərindəki Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Ağa Ağayev iştirak etmişlər.
Görüşdə Soma kömür mədənində baş vermiş faciə ilə əlaqədar konsulluqda yaradılmış xatirə guşəsinə çiçəklər qoyulmuş, həlak olanların xatirəsi yad edilmişdir.
Daha sonra Almaniyada yaşayan azərbaycanlılar adından başsağlığı kitabına ürək sözləri qeyd edilmişdir: “Somada baş verən ağır faciə və qəza nəticəsində yüzlərlə insanın həlak olması qardaş Azərbaycan xalqını, Almaniyadakı Azərbaycan diasporunu da dərindən kədərləndirmişdir. İki qardaş xalqın sevinci və kədəri hər zaman bir olduğu üçün bu gün də Avropada və Almaniyada yaşayan azərbaycanlılar türk qardaşlarımızın yanındadır.”
Baş konsul Hüseyn Emre Engin Azərbaycan diasporunun nümayəndələrinə təşəkkürünü bildirmişdir. O, azərbaycanlı icmasının göstərdiyi diqqət və həssaslığın iki xalq arasında dostluğun və qardaşlığın ifadəsi olduğunu vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]