SOYDAŞIMIZ ESTONİYA PARLAMENTİNƏ DEPUTATLIĞA NAMİZƏDLƏR ARASINDA RƏQİBLƏRİNDƏN XEYLİ QABAQDADIR
![]() |
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 1999-2000-ci illərdə Narva şəhərinin meri seçilmiş E.Əfəndiyevin əməli fəaliyyəti onun 2002-ci ildə milli münasibətlər naziri kimi daha məsul vəzifəyə təyin edilməsi üçün zəmin yaratmışdır. 1992-ci, 1999-cu və 2003-cü illərdə Narva şəhərindən Estoniya Seyminə deputatlığa namizədliyi irəli sürülmüş, sonuncu dəfə qalib gəlmişdir. Hazırda ölkə parlamentinin deputatıdır. O, 1997-ci ildən etibarən Estoniyanın aparıcı partiyalardan biri sayılan Mərkəzçilər Partiyasının üzvüdür.
Mart ayında Estoniyada növbəti parlament seçkiləri keçiriləcəkdir və deputatlığa namizədlərin təbliğat kampaniyası artıq başlamışdır. Aparılan sorğuların nəticələrinə görə, deputatlığa namizədliyi yenidən irəli sürülən soydaşımız rəqiblərindən xeyli irəlidədir.
Mərkəzçilər Partiyasının qərarına əsasən, səsvermənin nəticəsindən asılı olaraq, E.Əfəndiyevin namizədliyi yenə də milli münasibətlər naziri vəzifəsinə irəli sürüləcəkdir.
