STRASBURQDAKI “AZƏRBAYAN EVİ” XÜSUSİ FƏALİYYƏT PROQRAMI HAZIRLAMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verri ki, Strasburqda fəaliyyət göstərən “Azərbaycan evi” ölkəmizlə bağlı həqiqətəri mütamadi olaraq fransız xalqına ətraflı şəkildə çatdıqmaq məqsədilə 2009-cu il üçün “Azərbaycanı tanıyaq” adı altında xüsusi fəaliyyət proqramı hazırlamışdır.
Proqramda hər ayın son həftəsində iki saatlığa efirə çıxan radio verlişlərində ölkəmizdə baş verən mühüm hadisələr baradə dolğun və operativ məlumatın verilməsinin təkmilləşdirilməsi, “Azərbaycan evi”nin nəzdində kinoklub yaradılması və orada Azərbaycan filmlərinin nümayiş etdirilməsi, azərbycanlı gənclər və tələbələr arasında şahmat yarışlarının təşkil olunması, Azərbaycan dili, rəqsləri və mətbəxi kurslarının yaradılması öz əksini tapmışdır.
Qurum fransız gəncləri ilə azərbaycanlı tələbələrin yaxın ünsiyyətdə olmaları üçün Azərbaycan mahnı və rəqslərinə həsr olunmuş gecələr, müxtəlif mövzuları əhatə edən sərgilər təşkil etməyi qarşısına məqsəd qoymuşdur. Fransa televiziyasının “Odissey” verlişində Azərbaycan filmlərinin nümayiş edirilməsi də nəzərdə tutulmuşdur.
Yerli təşkilat və qurumlarla sıx əlaqə yaratmaq məqsədilə “Azərbaycan evi” Mark Blok Universitetinin türkologiya departamenti ilə birlikdə Azərbaycan ədəbiyyatına dair gecələrin təşkilinə proqramda xüsusi yer ayırmışdır. “Azərbaycanla mədəniyyət və təhsil sahasində əlaqələr”, “Bakı-Tbilisi-Ceyhan neft kəməri və Avropanın enerji strategiyası, “Azərbaycanın Avropanın enerjidaşıyıcıları ilə təmin edilməsində rolu” və digər mövzularda konfranslar təşkil ediləcəkdir.
Ölkəmizin tarixi, əlamətdar hadisələr, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, digər bayramlar, 20 Yanvar və Xocalı faciələri ilə bağlı tədbirlərin keçirilməsi də qərara alınmışdır.