ŞTUTQARTDA ALMANLARIN AZƏRBAYCANDA MƏSKUNLAŞMASININ 190 İLLİYİNƏ HƏSR OLUNMUŞ FOTOSƏRGİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, Almaniyanın Ştutqart şəhərində almanların Azərbaycanda məskunlaşmasının 190 illiyinə həsr olunmuş “Almanlar Azərbaycanda” adlı fotosərgi açılmışdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, dekabrın 5-nə qədər davam edəcək sərgini “Almaniya-Azərbaycan Cəmiyyəti” təşkil etmişdir.
Azərbaycanın Almaniyadakı səfirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Almaniya Beynəlxalq Əlaqələr İnstitutunun baş katibi professor Kurt Yurgen Mass, Münhen Universitetinin professoru Maqsud Əfəndiyev və “Azərbaycan Evi” sərginin təşkilinə dəstək vermişlər.
Sərgidə Azərbaycanın Gəncə, Şəmkir, Gədəbəy, Daşkəsən, Ağstafa, Göygöl və digər şəhərlərində məskunlaşan almanların tarixi və həyatını əks etdirən 56 fotoşəkil nümayiş olunur.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]