TAEKVONDOÇULARIMIZIN UĞURU YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov Norveçin Lillihammer şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatında yüksək nəticələr göstərmiş idmançılar və onların məşqçiləri ilə görüşmüş, dünyanın 40 ölkəsindən 400-dən çox idmançının iştirak etdiyi yarışda dünya çempionu Niyammədin Paşayevin qızıl, Elnur Amanovun gümüş, Rəşad Əhmədovun və Təvəkkül Bayramovun bürünc medal qazandıqlarını, respublikamızın komanda hesabında üçüncü yerə layiq görülməsini yüksək qiymətləndirmişdir. O, qarşıdan gələn 28-ci Yay Olimpiya oyunlarına lisenziya qazanan iki taekvondoçumuzdan yalnız qələbə gözlədiyini söyləmiş, Prezident İlham Əliyevin idmana və idmançılara göstərdiyi qayğıdan danışmışdır.
Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayev və idmançılar olimpiya oyunlarına və Koreyada gənclər arasında keçiriləcək dünya çempionatına ciddi hazırlaşaraq, ölkəmizin idman şərəfini daim uca tutacaqlarını bildirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:14]
“Araz-Naxçıvan” sol cinahını bosniyalı müdafiəçi ilə gücləndirdi
- 10.08.2026 [15:11]
NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib
- 10.08.2026 [13:56]
Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb
- 10.08.2026 [13:30]
“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib
- 10.08.2026 [13:24]
Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub
- 10.08.2026 [13:23]
Premyer Liqa: “Sumqayıt”-“Neftçi” matçının stadionu dəyişdirilib
- 10.08.2026 [13:00]
Üç təşkilat FIFA və Canni İnfantinoya qarşı birgə bəyanat yayıb
- 10.08.2026 [12:49]