Tehranda keçirilən “HT&T 2013” Beynəlxalq sərgisində Azərbaycana aid bölmə fəaliyyətə başlamışdır
Tehran, 27 yanvar (AZƏRTAC). Tehranda keçirilən “HT&T 2013” Beynəlxalq sərgisində Azərbaycana aid bölmə fəaliyyətə başlamışdır. Bölmənin açılışında Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti, ölkəmizin İrandakı səfiri Cavanşir Axundov, İranın mədəniyyət və İslami irşad naziri Seyid Məhəmməd Hüseyni, həmçinin sərginin çoxsaylı ziyarətçiləri iştirak etmişlər.
Azərbaycana aid bölmədə ölkəmizdə turizmin inkişafı, beynəlxalq standartlara cavab verən otellər, bu sahələri əhatə edən digər xidmət növlərinin yüksək səviyyəsi, tariflər barədə ümumi məlumatlar və digər əyani vəsaitlər nümayiş etdirilir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin bir sıra rəsmi görüşləri nəzərdə tutulmuşdur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]