Təhsil Nazirliyi: Rus bölməsi üçün musiqi fənni üzrə dərsliklərdə Azərbaycan mahnıları tərcüməsiz veriləcək
Bakı, 1 iyul, AZƏRTAC
2021-2022-ci tədris ilində yeni hazırlanan II və VI siniflərin rus bölməsi üçün musiqi fənni üzrə dərsliklərdə istifadə edilən Azərbaycan mahnıları tərcüməsiz veriləcək.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, tərcümə zamanı mahnıların sözlərinin qafiyəyə və ritmə uyğunlaşdırılmasında çətinlik yarandığı, bir çox mahnıların mənasının itdiyi müəyyənləşdirilib. Musiqi dərslərində mahnıların Azərbaycan dilində öyrənilməsi digər bölmələrdə təhsil alan şagirdlərimizin dövlət dilini daha yaxşı mənimsəməsinə imkan verəcək, milli-mənəvi dəyərlərimizin aşılanmasına yardım edəcək.
Qeyd edək ki, növbəti tədris illərində nəşr olunacaq digər siniflər üçün musiqi dərsliklərində də eyni yanaşma tətbiq ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:18]
BDU-da “Sosial Tərəfdaş” layihəsi çərçivəsində məlumatlandırma sessiyası
- 15.10.2026 [17:02]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [16:49]
BSU ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu yeni layihəyə başlayıb
- 15.10.2026 [16:47]
Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb
- 15.10.2026 [15:49]
Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib
- 15.10.2026 [15:42]