Tikinti sahəsinə düşən 14 ağac başqa əraziyə köçürülmüşdür
Bakı, 3 iyun (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Mərkəzi Klinika rəhbərliyinin xəstəxana ərazisində aparılan əsaslı təmir-tikinti və yenidənqurma işləri ilə əlaqədar ağacların köçürülməsi barədə müraciəti daxil olmuşdur.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Azəryaşlandşaft” ASC-nin mütəxəssisləri əraziyə baxış keçirmiş, tikinti altına düşən 14 ağac xüsusi texnikanın köməyi ilə qanunvericiliyə uyğun qaydada başqa əraziyə köçürülmüşdür.
Qeyd edək ki, idarə və təşkilatlara məxsus ərazilərdən ağacların köçürülməsi, yalnız həmin qurumun ETSN-ə müvafiq rəsmi müraciəti əsasında, xüsusi razılıq olduğu zaman həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]