“Turizm və qonaqpərvərlik tədqiqatları” elmi jurnalının ikinci sayı çapa hazırlanır
Bakı, 24 dekabr (AZƏRTAC). Azərbaycan Turizm İnstitutu (ATİ) “Turizm və qonaqpərvərlik tədqiqatları” elmi jurnalının nəşrinə başlamışdır.
AZƏRTAC xəbər verir ki, jurnalda Azərbaycan dili ilə yanaşı, ingilis, rus və türk dillərində də məqalələr dərc olunmuşdur.
Jurnalın rüblük - ildə 4 dəfə nəşri nəzərdə tutulmuşdur. Bundan başqa, ölkəmizdə baş verən əlamətdar hadisələrlə bağlı xüsusi nömrələrin hazırlanması da planlaşdırılır.
Jurnalın ilk nömrəsi Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyinə həsr olunmuşdur.
Artıq jurnalın ikinci nömrəsi çapa hazırlanır. Bu nömrədə 2012-ci ilin noyabrında ATİ-nin təşkilatçılığı ilə keçirilən “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” mövzusunda birinci Beynəlxalq elmi konfransın materialları, məruzəçilərin çıxışları, nəticələr yer alacaqdır.
Redaksiya heyəti turizm üzrə mütəxəssisləri, bu sahəyə yaxın elm adamlarını jurnalda elmi məqalələrlə çıxış etməyə dəvət edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]