Azərbaycan Dövlət İnformasiya Agentliyi

TÜRK DÜNYASININ BÖYÜK DOSTU, GÖRKƏMLİ ALİM ERİX FAYQL VƏFAT ETMİŞDİR

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, Vyana Universitetinin professoru, böyük alim, vətənpərvər ziyalı, türk tarixinin görkəmli tədqiqatçılarından biri, Azərbaycan xalqının yaxın dostu, Avropa Azərbaycanlıları Konqresi İdarə heyətinin fəxri üzvü Erix Fayql yanvarın 26-da uzun sürən xəstəlikdən sonra vəfat etmişdir.
Erix Fayql 1931-ci ildə Vyanada anadan olmuşdur. Hələ tələbəlik illərindən yaradıcılığa başlayan Fayql daha sonra özünü sənədli film rejissorluğu sahəsində sınamışdır. O, “Erkən xristianlıq dövrünə səyahət”, “Erkən xristian dünyasının irsi”, “Dünyanın nəhəng dinləri”, “Tele-qalereya”, “İnsanlar və əfsanələr” kimi 62 sənədli film çəkmişdir. Onların 17-si türk xalqlarının mədəniyyət və tarixindən bəhs edir. Bir neçə filmi milli mükafata layiq görülmüşdür. Yaratdığı əsərlərə görə Erix Fayql Avstriyanın “Elm və İncəsənət üçün Fəxri Orden”i ilə təltif edilmişdir.
“Cənnətin axınları üzərində” (Mesopotamiyanın dini icmaları barədə), “Türklərin gəldikləri yerlər” və “Türklərin getdikləri yerlər” (Osmanlı imperiyasının təşəkkülü və süqutu haqqında) televiziya filmləri professor E.Fayqlı 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələri araşdırmağa və erməni məsələsi ilə məşğul olmağa sövq etmişdir. Görkəmli alim daha sonra “Min bir hakimiyyət” (Şərqi Türkistan, Çin xalqları və onların vahid mədəni irsi), “Suyun gücü” (Türkiyənin şimal-şərqi Anadolu layihəsi - GAP) kimi sənədli filmlər çəkərək, öz şöhrətini daha da artırmışdır. Onun sənətinin zirvələrindən biri Sultan Süleymandan bəhs edən “Qanuni Sultan” filmi olmuşdur. Professor E.Fayqlın tarixi araşdırmaları əsasında “Bardo” və “Dirçəliş” kimi filmlər də çəkilmişdir.
Hazırda Avstriya Milli Kitabxanasında professor Erix Fayqlın 16 əsəri saxlanılır. Onun əsərlərinin böyük bir hissəsi İslam mədəniyyəti, türk və Azərbaycan xalqlarının tarixi ilə bağlıdır.
E.Fayql müxtəlif mövzularda, o cümlədən türklərin tarixi, ermənilərin yalançı “soyqırımı” iddiaları barədə Almaniyanın bir çox universitetlərində elmi məruzələr etmişdir. Türk dünyasının böyük dostu olan alim erməni terrorizminin əsl üzünü ortaya çıxaran bir neçə əsərin müəllifidir. Bu əsərlər ingilis, alman, fransız, rus dillərində böyük tirajla nəşr olunmuşdur.
E.Fayqlı Azərbaycanla çox sıx dostluq əlaqələri bağlayırdı. O, Azərbaycan xalqının dünyanın ən ədalətli və qonaqpərvər xalqlarından biri olduğunu dəfələrlə öz nitqlərində, ayrı-ayrı elmi-publisistik məqalələrində vurğulamışdır. Azərbaycan tarixindən bəhs edən “İpək Yolu Odlar yurdundan keçərkən” kitabında xalqımızın müasir dünyadakı yeri və rolu, Azərbaycanın geosiyasi əhəmiyyəti barədə mülahizələr öz əksini tapmışdır. Bu kitab xarici ölkələrdə Azərbaycan haqqında obyektiv rəyin formalaşdırılması baxımından çox böyük əhəmiyyətə malik olmuşdur.
E.Fayql Azərbaycan diasporunun tədbirlərində həmişə yaxından iştirak etmiş, dəfələrlə ölkəmizə səfərə gəlmişdir. Avstriyada azərbaycanlı tələbələrin yaratdığı “Azərbaycan Akademik Birliyi”nin fəxri prezidenti seçilmişdir. O, bu ölkədə təşkil edilən bütün tədbirlərin hazırlanması və həyata keçirilməsində tələbələrə məsləhətlər vermiş, onlara yaxından kömək göstərmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 2000-ci ildə Avstriyada rəsmi səfərdə olarkən Erix Fayqlı ölkəmizə dəvət etmişdi və o, 2001-ci ilin noyabrında Bakıda Dünya azərbaycanlılarının I qurultayında Ermənistan məsələsi ilə bağlı məruzə ilə çıxış etmişdir.
E.Fayql Azərbaycana hər səfərində qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları yaşayış məntəqələrinə də baş çəkmiş və müşahidələrini “İpək Yolu Odlar yurdundan keçərkən” kitabında qələmə almışdır. O, ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror və soyqırımı aktları ilə bağlı dəfələrlə Avstriya parlamentinə və digər Avropa ölkələrinin parlamentlərinə, beynəlxalq təşkilatlara müraciət göndərmişdir.
2006-cı il martın 16-da Bakıda Dünya azərbaycanlılarının II qurultayında iştirak edən görkəmli alim Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Görkəmli alim və tədqiqatçı, Azərbaycan xalqını ürəkdən sevən Erix Fayqlın vəfatı xalqımızın, xarici ölkələrdəki bütün Azərbaycan icmalarının dərin kədərinə səbəb olmuşdur. Azərbaycan xalqı, o cümlədən xarici ölkələrdə yaşayan soydaşlarımız bu böyük insanın xatirəsini daim uca tutacaq, onun xidmətlərini heç zaman unutmayacaqdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda orta aylıq əməkhaqqı 7 faiz artıb

Naxçıvanda vergi daxilolmaları 3,8 faiz artıb

Şəhid mayor Elnur Əliyevin xatirəsinə həsr edilən turnirin qalibləri müəyyənləşib

bp: Şahdəniz Kompressiya layihəsi üçün avtomatlaşdırma üzrə müqavilə imzalanıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18 faizdən çox artıb

Vəli Qasımov: “Neftçi”, “Qarabağ” və “Sabah” çempionluğun əsas favoritləridir

Azərbaycanın xarici dövlət borcu azalıb

UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraiti avqustun 14-dək davam edəcək – XƏBƏRDARLIQ

Yeddi ayda Azərbaycanda 76,8 milyard manatlıq ÜDM istehsal olunub

İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb

BDU-nun Hüquq fakültəsini seçmək istəyən abituriyentlərin diqqətinə

Azərbaycan Türkiyədə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ən çox müraciət edən ölkələr arasındadır

“Rəqəmsal memarlıq təsvirləri və sənədləşdirmə üsulları” mövzusunda təlimlərə yekun vurulub

NBA klubu liqanın ən qısa və ən ucaboy oyunçularını transfer edib

Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış

Türkiyədəki qədim Aspendos şəhərində təqribən 2400 yaşı olan güləşçinin məzarı tapılıb

Naxçıvanda 700 ev təsərrüfatında büdcə tədqiqatı aparılır

Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək

Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb

Britaniya mediası: Təqribən 230 miqrantı daşıyan kiçik qayıq La-Manşdan keçib

Ordubaddakı “Ərbabın iş yeri” adlı binanın bərpasının gələn ilin sonunadək yekunlaşdırılması planlaşdırılır

Dövlət Proqramının prioritet istiqamətləri üzrə fermerlərin maarifləndirilməsi davam etdirilir

Balakəndə arıçıların problemlərinin həlli istiqamətində mümkün alternativlər qiymətləndirilir

Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir

İtaliya alimləri Günəş tutulması zamanı onun tacını müşahidə edəcək cihaz hazırlayıblar

Bu il məişət zorakılığından zərər çəkmiş 41 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib

“Abituriyent” jurnalının 4-cü nömrəsi nəşr olunub

Rəssamlıq Akademiyasında tələbələrin yaradıcılıq işlərinin kommersiyalaşdırılması üzrə iş aparılır

ANAMA: Ötən həftə 1581 hektar ərazi mina və partlamamış digər hərbi sursatdan təmizlənib

Fərid Hüseyn: Xurşidbanu Natəvanın irsi Azərbaycan mədəniyyətində xüsusi yer tutur

La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib

Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlanıb

Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər

“Neftçi”nin hücumçusu “Araz-Naxçıvan”a keçib

Yerli icra hakimiyyəti orqanlarının nümayəndələri “e-monitorinq”dəki yeni modulun imkanları barədə məlumatlandırılıb

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Yeni mövsüm üçün Azərbaycan Premyer Liqasının sponsoru bəlli olub

V.İ.Sadıqovun Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Premyer Liqa: “Sumqayıt”-“Neftçi” matçının stadionu dəyişdirilib

F.E.İsgəndərovun Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.B.Əhmədzadənin Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

F.E.İsgəndərovun Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında, eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.A.Qurbanovanın Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə Ukrayna Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

BMU tələbələri Böyük Britaniyada keçirilən beynəlxalq innovasiya yarışmasında birincilik qazanıblar

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 454-VIIQD nömrəli Qanununun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Subbakalavrlar üçün “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub

Azərbaycanda dini təhsildə yeni mərhələ: ixtisaslar və elmi imkanlar genişlənir

Yüksək balla AzTU-ya qəbul olunanlar üçün xüsusi təqaüd imkanı

İqlim dəyişikliyinin sərt reallığı Avropa iqtisadiyyatına necə təsir edib?

Yeni təmayül tədris modeli üzrə müəllimlərin müsahibələri davam edir

Almaniya əhalisinin tərkibində gənclərin payı tarixi minimuma enib

Türkiyədə 132 qeyri-qanuni miqrant saxlanılıb

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 20 milyon manatdan çoxu geri qaytarılıb

Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib

Sığortaçılar Assosiasiyasının icraçı direktorunun adına saxta hesab yaradılıb, yanlış məlumatlar paylaşılır

Üç təşkilat FIFA və Canni İnfantinoya qarşı birgə bəyanat yayıb

Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva

Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır

“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir

Vaşinqton razılaşması Azərbaycanın regionda yaratdığı yeni siyasi və iqtisadi reallıqları əks etdirdi - ŞƏRH

Misirdə eramızdan əvvəl IV minilliyə aid yaşayış məskəni və qəbirlər tapılıb

“Barselona” Levandovskini klubun əfsanələri siyahısına daxil edib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Qəbələdə 10 ildə 1,5 milyondan çox müraciət “ASAN”laşdırılıb

Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq

Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirə qatılacaqlar

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO

Balakəndə baş verən zəncirvari qəzada 3 nəfər ölüb, 2 nəfər yaralanıb VİDEO

Azərbaycan və İndoneziya birgə iqtisadi forum keçirə bilər

Dövlət qurumlarının informasiya resurslarında aşkarlanan təhlükəsizlik boşluqları 50 faizədək azalıb

Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub

Yeddi ayda istehlakçılara büdcədən 122 milyon manatdan çox ƏDV geri qaytarılıb

Səkkiz avqust razılaşmalarının ildönümündə liderlərin müzakirəsi: Azərbaycan-ABŞ əməkdaşlığında yeni faza - TƏHLİL

Azərbaycan Rəssamlıq Akademiyası tələbələrin beynəlxalq sənət platformalarına çıxışını genişləndirir

Benksinin üç əsəri Britaniya vergi ödəyicilərinə təxminən 150 min funta başa gəlib

BMT Konvensiyasının 20 illiyinə həsr olunmuş maarifləndirici broşür hazırlanıb

Su Ehtiyatları Agentliyinin süni intellektəsaslı rəqəmsal siması Aysu təqdim olunub VİDEO

Su Ehtiyatları Agentliyinin süni intellektəsaslı rəqəmsal siması Aysu təqdim olunub VİDEO

Bu saata olan əsas xəbərlər

Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB

Ergün Kırlıkovalı: Taleb Vardanyan məsələsində “kor nöqtələr”in qurbanına çevrilib MÜSAHİBƏ

Faktiki hava: Bəzi rayonlara leysan yağır

İlin əvvəlindən dövlət qurumlarına qarşı 518 kiberhücum indikatoru müəyyən edilib

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 15 faizədək artıb

Mbappe “Real Madrid”ə gələn həftə qoşulacaq

Yeddi ayda Azərbaycanda dövlət qurumlarına 28 yeni domen verilib

® “AccessBank” kiçik bizneslərin maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə FMO-dan 75 milyon dollar məbləğində kredit xətti cəlb edib

Çində təhsil alacaq BDU məzunu: Bu təqaüd mənim üçün sadəcə təhsil imkanı deyil

Dünya ictimaiyyəti avqustun 10-da üç beynəlxalq günü qeyd edir

Qivami Rəhimli: Azərbaycanın mədəni irsini dünyaya tanıdan uğurlu əməkdaşlıq

Lisenziyasız kosmetoloji fəaliyyət göstərən şəxs barəsində qanuni tədbirlər görülüb

Altı ayda 1,2 milyondan çox vətəndaş “mygov” vasitəsilə ailə üzvlərini axtarıb

“İsmayıllı-2” kiçik su elektrik stansiyasında indiyədək istehsal olunan enerjinin həcmi açıqlanıb

Pakistanlı ekspert: Vaşinqton prosesi Azərbaycan üçün yeni strateji imkanlar açır

Mərakeş millisinin futbolçusu “Fənərbağça”ya qayıdıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb

BSU müəllimlik ixtisasını seçən oğlan abituriyentlərə təqaüd verəcək

Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası

Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə İran Prezidentinə təşəkkür edib