Türkiyə və Azərbaycan diaspor təşkilatları Haaqada etiraz aksiyası keçirmişlər
Bakı, 28 aprel (AZƏRTAC). Türkiyə və Azərbaycan diaspor təşkilatları Niderlandın Almelo şəhərində erməni kilsəsi qarşısında qondarma “erməni soyqırımı”na xatirə kompleksi tikilməsi ilə əlaqədar Haaqada, Hollandiya Nümayəndələr Palatası qarşısında etiraz aksiyası keçirmişlər.
Diasporla İş Üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilmişdir ki, aksiya zamanı iştirakçılar müxtəlif şüarlar səsləndirmiş və əllərində ermənilərin bu hərəkətini pisləyən plakatlar, eləcə də Azərbaycan və Türkiyə bayraqları tutmuşlar.
Hollandiya Türk Kültür Dərnəkləri Federasiyasının sədri Arif Yakışır və Hollandiya Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın bildirmişlər ki, türk ictimai təşkilatları erməni icmasının Niderlandda qanunsuz tikdiyi kompleksin sökülməsi üçün Almelo bələdiyyəsinə və müvafiq qurumlara çağırışlar edirlər. Diaspor təşkilatlarının rəhbərləri bu tarixi hadisələri tarixçilərdən ibarət qrupun araşdırmalı olduğunu vurğulamışlar.
Mitinqdə Türkiyə və Azərbaycan təşkilatlarından Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi, TOVER, UETD, Türk İslam Kültür Dərnəkləri Federasiyasının və digər təşkilatların təmsilçiləri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]