Türkiyədə “İldırım-4” antiterror əməliyyatı keçirilir
Ankara, 29 iyul, AZƏRTAC
Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) ölkənin Tunceli bölgəsində “İldırım-4” adlı antiterror əməliyyatına başlayıb.
AZƏRTAC xəbər verir ki, min nəfərdən çox şəxsi heyətin cəlb olunduğu əməliyyat iyulun 13-də Türkiyənin Cudi bölgəsində başlanıb. Bu adla ardıcıl keçirilən əməliyyatlar bölgələr üzrə davam etdirilir. “İldırım” antiterror əməliyyatlarında 8 terrorçu zərərsizləşdirilib. Terror təşkilatlarına məxsus 24 düşərgə, mağara və sığınacaq məhv edilib.
Nazirliyin məlumatına görə, ilin əvvəlindən ölkə ərazisində 117 terrorçu zərərsizləşdirilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [14:33]
Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır
- 05.10.2026 [14:20]
Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır
- 05.10.2026 [14:16]
Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər
- 05.10.2026 [13:26]
Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib
- 05.10.2026 [13:16]