TÜRKİYƏNİN KOCAELİ UNİVERSİTETİNDƏ OXUYAN AZƏRBAYCANLI TƏLƏBƏLƏRƏ TƏQAÜD VERİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının təşəbbüsü ilə bu ölkənin Kocaeli Universitetində təhsil alan 30-dan çox azərbaycanlı tələbə ilə görüş keçirilmişdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən bildirmişlər ki, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil üzrə müşaviri Nəcibə Nəsibova, İstanbuldakı konsulumuz Pərviz Məmmədzadə, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar və Kocaeli Universitetinin rektoru Sezer Komşuoğlunun iştirak etdiyi görüşdə azərbaycanlı tələbələrin problemləri müzakirə olunmuşdur. Sezer Komşuoğlu bildirmişdir ki, Kocaeli Universitetində təhsil alan 30 tələbənin maddi çətinliklərinin müəyyən qədər aradan qaldırılması məqsədilə onlara təqaüd ayrılacaqdır. Bilal Dündar federasiyanın da bu məsələnin həlli üçün ciddi səylər göstərdiyini və bir neçə iş adamından dəstək aldıqlarını demişdir.
Universitetdəki müzakirələrdən sonra Kocaeli valisi Gökhan Sözerlə görüş keçirən nümayəndələr azərbaycanlı tələbələrə yardım məqsədilə təqaüd verilməsi məsələsini vali ilə də razılaşdırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]