TÜSİAB AZƏRBAYCAN VƏ TÜRK DİASPORLARININ DAHA SIX BİRLƏŞMƏSİ ÜÇÜN ƏLİNDƏN GƏLƏNİ EDƏCƏKDİR
Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin martın 9-da Bakıda keçiriləcək I forumu xarici ölkələrdəki soydaşlarımızın daha sıx birləşməsində, iki qardaş ölkənin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında, problemlərinin həllində yeni mərhələnin başlanğıcı olacaqdır.
Bu sözləri Azərbaycan-Türkiyə Sənayeçi və İş Adamları Birliyi idarə heyətinin sədri Bataçar Baysal AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir.
B.Baysal bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə Antalya şəhərində keçirilmiş türkdilli dövlətlərin və topluluqların X dostluq, qardaşlıq və əməkdaşlıq qurultayında bu forumun keçirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs hamı kimi TÜSİAB üzvlərini də çox sevindirmişdi. İnanırıq ki, bu cür ideyalar reallaşdıqca biz daha böyük uğurlar qazanacağıq. TÜSİAB bu tədbirin keçirilməsi, qardaş ölkələrimizin diaspor təşkilatlarının daha sıx birləşməsi üçün əlindən gələni edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.07.2026 [20:08]
Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər
- 27.07.2026 [15:06]
Azərbaycan Beynəlxalq Gənclər Assambleyasında təmsil olunacaq
- 24.07.2026 [15:54]
VIII “Qardaşlaşmış Qarabağ məktəbləri” Yay Düşərgəsi başa çatıb
- 22.06.2026 [23:01]