Ukrayna Azərbaycanlı Gənclər Birliyi Uşaqları Müdafiə Gününə həsr olunmuş tədbirin təşkilatçılarından biridir
Bakı, 31 may (AZƏRTAC). Ukraynanın Çerniqov şəhərinin mədəniyyət və istirahət parkında “Uşaq aləmi - uşaqlıq dünyası” tədbiri keçirilmişdir. Tədbirin təşkilatçıları T.Q.Şevçenko adına Çerniqov Dövlət Pedaqoji Universiteti və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) fəallarıdır.
UAGB-də AZƏRTAC-a bildirmişlər ki, Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr edilmiş tədbir zamanı bir çox idman müsabiqələri keçirilmiş, şəhərin ümumtəhsil məktəbləri şagirdlərinin, universitetin və Çerniqovun bir sıra bədii studiyalarının yaradıcılıq kollektivlərinin çıxışları olmuşdur.
Ən yaddaqalan yarışlar asfalt üzərində rəsm və şlyapa müsabiqələri, “Atam, anam və mən idmançı ailəsiyik” yarışı olmuşdur.
Göstərilən tədbirlərdən başqa, bayram proqramında bir çox ustad dərsləri, Tarix İnstitutu və Pedaqoji Universitetin bədən tərbiyəsi və idman turizmi fakültəsi tələbələrinin də çıxışları vardı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]