Ukraynada Xolokost qurbanlarının Beynəlxalq Anma Günü çərçivəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Bakı, 28 yanvar (AZƏRTAC). Kiyevdə Xolokost qurbanlarının Beynəlxalq Anma Günü çərçivəsində Azərbaycanda 1992-ci ildə Xocalı soyqırımında həlak olanların xatirəsi anılmışdır.
Ukrayna Azərbaycanlıları Konqresindən (UAK) AZƏRTAC-a bildirmişlər ki, anma mərasimində çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Xolokostun böyük faciə olduğunu vurğulamışdır. Səfir qeyd etmişdir ki, Azərbaycan xalqı da ötən əsr ərzində bir çox soyqırımı aktları ilə üzləşmişdir. Yaddaşlara Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan edilməsi ilə nəticələnmişdir.
UAK-ın sədri Rövşən Tağıyev vurğulamışdır ki, gələcək nəsillər xalqın tarixindəki faciəvi səhifələri unutmamalıdır.
İsrailin Ukraynadakı səfiri Reuven Din El isə faşizm əməllərinin bir də gələcəkdə təkrarlanmamasının vacibliyini qeyd etmişdir.
Rumıniyanın, Macarıstanın, Almaniyanın, Fransanın, Rusiyanın, ABŞ-ın Ukraynada akkreditə olunmuş diplomatik nümayəndəliklərinin əməkdaşları da soyqırımı qurbanları ilə bağlı fikirlərini bölüşmüşlər.
Anma mərasimi Xolokost və Xocalı soyqırımları qurbanlarının xatirəsinə həsr olunmuş əbədi-bədii kompozisiya ilə davam etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]