Ukraynanın Azərbaycan diasporu ölkə rəhbərliyini və və müxalifət liderlərini razılığa gəlməyə çağırır
Bakı, 28 yanvar (AZƏRTAC). Ukraynada siyasi vəziyyətin kəskinləşməsi ilə əlaqədar Azərbaycan diasporunun nümayəndələri narahat olduqlarını bildirir və ölkə rəhbərliyi ilə müxalifət liderlərini bir-birinə doğru zəruri addımlar atmağa, ölkənin gələcəyi naminə razılığa gəlməyə, dövlətdə sabitliyi təmin etmək, yaranmış vəziyyətdən çıxmaq üçün müdrik, kompromis çıxış yolu tapmağa çağırmışdır. Bu sözlər onlayn-konfrans iştirakçılarının - Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresi rəhbərlərinin, regionun əsas diaspor qurumları rəhbərlərinin qəbul etdikləri bəyanatda deyilir. Bu barədə Krımın Azərbaycan icmasının sədri Rəhim Hümbətov AZƏRTAC-a məlumat vermişdir.
Ukraynadakı Azərbaycan diasporunun konfransda iştirak edən nümayəndələri demişlər: “Bütün fikir ayrılıqlarını danışıqlar masası arxasında həll etmək lazımdır”.
Azərbaycan diasporu etiraz tədbirləri zamanı həlak olanların qohumlarına və yaxınlarına başsağlığı vermişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]