Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günündə müxtəlif tədbirlər keçiriləcək
Bakı, 3 iyun (AZƏRTAC). 1972-ci il iyunun 5-də Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Stokholmda keçirilən iclasında əhali arasında ekoloji şüurun yüksəldilməsinin və ətraf mühitin mühafizəsi problemlərinə diqqətin yönəldilməsinin vacibliyini nəzərə alınaraq bu tarixin “Ümumdünya Ətraf Mühit Günü” kimi qeyd olunmasına qərar verilmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) bununla əlaqədar hər il iyunun 5-də ətraf mühitin qorunması, təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ETSN və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun jurnalistlər arasında elan olunmuş “Ekologiya mövzusunun kütləvi informasiya vasitələrində işıqlandırılmasına dəstək” birgə layihəsi üzrə ekoloji mövzuda yazılmış ən yaxşı məqalə və telereportajların qalibləri mükafatlandırılacaqdır.
Bakıda və regionlarda iməciliklər təşkil olunacaq, yaşıllıqlara qulluq ediləcək, o cümlədən bir sıra ərazilər məişət tullantılarından təmizlənəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]