Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ümummilli Lider Heydər Əliyevin xilaskar obrazı çağdaş hekayə güzgüsündə

Ümummilli Lider Heydər Əliyevin xilaskar obrazı çağdaş hekayə güzgüsündə

Bakı, 3 may, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin qeyd olunduğu 2023-cü ilin ədəbiyyatşünaslıq gündəminin əsasını dahi liderin obrazının ədəbiyyatda əksi və bu obrazın ədəbiyyat-tarix kontekstində araşdırılması təşkil edir. Bu proses çağdaş ədəbiyyatşünaslığımızda daha əvvəlki illərdə də izlənilirdi. Müstəqillik illərində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Ümummilli Liderin obrazı elmi əsaslarla işlənilib, bu kontekstdə fərdi araşdırmalarla yanaşı, bir neçə kollektiv monoqrafiya da işıq üzü görüb. Ədəbiyyat İnstitutunun 1998-ci ildə çap olunan “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlı kollektiv monoqrafiyası 2009-cu ildə təkmilləşdirilərək yenidən nəşr edilib və Dövlət mükafatına layiq görülüb. 2018-2019-cu illərdə isə çağdaş ədəbiyyatşünaslıq elmini təmsil edən əsas imzaların birgə əməyinin nəticəsi olan, akademik İsa Həbibbəylinin ideya müəllifliyi və ümumi redaktəsi ilə hazırlanmış “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” ikicildlik kollektiv monoqrafiyası çapdan çıxdı. Bu monoqrafiyada Ümummilli Liderin obrazı fərqli aspektlərdən çağdaş ədəbiyyatın güzgüsündə tədqiq olunub, Heydər Əliyev obrazının müstəqillik dövrü ədəbiyyatımızda inkişaf dinamikası izlənilib.

Bu fikirlər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözovanın “Ümummilli Lider Heydər Əliyevin xilaskar obrazı çağdaş hekayə güzgüsündə” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC yazını təqdim edir.

Bu ilin elmi gündəmində Heydər Əliyev obrazının işıqlandırılmasında Ədəbiyyat İnstitutunun əməkdaşlarının imzaları özəlliklə nəzərə çarpır. May ayına qədər mətbuatda “Heydər Əliyev İli”nə töhfə olaraq akademik İsa Həbibbəylinin “Heydər Əliyevin ədəbiyyat siyasəti və müasir dövr”, akademiyanın müxbir üzvü Tehran Əlişanoğlunun “Anarın “Unudulmaz görüşlər”ində Heydər Əliyev”, “Ulu Öndər Heydər Əliyev müstəqillik dövrü ədəbiyyatının memarı kimi”, filologiya elmləri doktoru Elnarə Akimovanın “Heydər Əliyevin siyasi fəaliyyətində Cənubi Azərbaycan: sevgisi və ağrısı ilə”, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoyun “Heydər Əliyev və Səməd Vurğun ocağı”, filologiya üzrə fəlsəfə doktoru Gülnar Səmanın “Heydər Əliyev obrazı müstəqillik illərində yazılmış poemalarda”, bu məqalənin müəllifinin “Yunus Oğuzun “Tarix ibrətdir” tarixi-fəlsəfi-publisistik əsərində Ümummilli Lider Heydər Əliyev obrazı” məqalələri dərc olunub.

Çağdaş ədəbiyyatımızda Heydər Əliyevin obrazının işlənməsi “Heydər Əliyevin ədəbiyyat, mədəniyyət hamisi obrazı”, “Heydər Əliyevin xilaskar obrazı” və “Heydər Əliyevin lider obrazı” aspektlərində özünü göstərir. Müstəqillik dövründə yaranan ədəbiyyatın ədəbi növlər və janrlar sistemində Ümummilli Liderin obrazının bu aspektləri müxtəlif səviyyələrdə təzahür edir. Bu sistemdə əsas yeri, üstün mövqeni poetik nümunələr tutur. Zəlimxan Yaqubun Nəriman Həsənzadənin, Fikrət Qocanın, Musa Urudun, Vahid Əzizin, Baba Vəziroğlunun, Vaqif Bəhmənlinin, Əli Rza Xələflinin, Yusif Nəğməkarın, Vüqar Əhmədin, Oqtay Rzanın, Xanım İsmayılqızının, Elxan Zal Qaraxanlının qələmindən süzülən bu nümunələrdə Heydər Əliyevin bədii-poetik obrazı yaradılıb. Dramaturgiyada Hidayətin “Burdan min atlı keçdi”, Aqşin Babayevin “Xilaskar”, Adil Babayevin “Koroğlunun Çənlibelə qayıdışı”, İftixar Piriyevin “Qurtuluş dastanı” pyeslərində Ümummilli Liderin obrazının konturları aydın görünür. Poeziya və dramaturgiyada Heydər Əliyevin xilaskar və lider obrazları əsas vurğulanan məqamdır. Müstəqillik dövrünün memuar ədəbiyyatında isə Heydər Əliyevin ədəbiyyat, mədəniyyət hamisi obrazına diqqət çəkilir. Hafiz Paşayevin “Bir səfirin manifesti”, Anarın “Unudulmaz görüşlər”, Elçinin “Tarixlə üz-üzə dayanmış adam”, Mövlud Süleymanlının “Qırx ilin yeddi görüşü”, İsa Hüseynovun “Həyatımdan səhifələr”, Vidadi Babanlının “Unutmadığım günlər” əsərləri Ulu Öndər haqqında qələmə alınmış dəyərli ədəbi-tarixi nümunələrdir. Əlbəttə, Ümummilli Liderin bədii obrazını işləmək ədibdən çox böyük məsuliyyət və istedad tələb edir. Sadaladığımız bədii və sənədli nümunələrin müəllifləri həm də bu və ya digər şəkildə Heydər Əliyev fenomeni ilə ünsiyyətdə olmuş, yaxud həm gəncliyi, həm də yetkinlik dövrü Ulu Öndərin siyasi fəaliyyət dövrünə təsadüf etmiş qələm sahibləridir. Bu iki aspekt həmin qələm sahiblərinə Ümummilli Liderin obrazını yaratmaq şansını nəsib edib.

Ümummilli Lider Heydər Əliyevin obrazı müstəqillik dövrü ədəbiyyatımızın dramatik və lirik növündə də öz əksini müəyyən qədər tapıb. Epik növün sənədli janrları olan xatirə və oçerkdə də Ulu Öndərin obrazı mərkəzi mövqedədir. Lakin epik növün hekayə, roman və povest janrları ədəbi gündəmdə Ümummilli Liderin obrazının təzahürü baxımından çox zəif təmsil olunur. Heydər Əliyev obrazının müəyyən nəsr əsərlərində fraqmentar şəkildə işlənməsi isə obrazın tam açılmasına imkan vermir. Çağdaş nəsrimizdə Heydər Əliyev obrazı bir neçə hekayə ilə təmsil olunur. Bu kontekstdə nəzər saldığımız ilk nümunə Qalib Şəfahətin “Xilaskar” hekayəsidir. Hekayənin qəhrəmanı Nurlan 2020-ci ilin şanlı Vətən müharibəsinin iştirakçısı olan döyüşçünün oğludur. Atasının xiffətini çəkən uşaq müharibə günlərində bir arzu ilə - atasına qovuşmaq arzusu ilə yaşayır. Hər şəhid xəbərindən qubarlanan məktəbli dərs zamanı da özünü xəyalən atasının yanında - cəbhədə hiss edir. Nurlan bilir ki, atasına qovuşmağın yeganə yolu Qarabağın düşmən tapdağından xilas edilməsidir. Dərsdə müəllimin Heydər Əliyevin şəkli ilə bağlı sualı və uşaqların bu kontekstdə müzakirəsi yazıçının Ümummilli Liderin obrazını yaratmaq yolunda maraqlı priyomu kimi yadda qalır. Heydər Əliyevin ideyalarının bu gün də yaşadığını, onun davamçısı olan Prezident İlham Əliyevin timsalında reallaşdığını Qalib Şəfahət bir məktəblinin saf dünyası fonunda məharətlə vizuallaşdırır. Müəlliminin Ümummilli Liderin ideyalarının həmişəyaşarlığı ilə bağlı söhbətindən təsirlənən uşağın ağlayaraq Heydər Əliyevin heykəlindən Qarabağın düşməndən tez alınmasını və atasını qayıtmasını xahiş etməsi ilə Şuşanın azadlığı və müharibənin bitməsi xəbəri üst-üstə düşür. Körpə bir azərbaycanlının qəlbindən yüksələn və hekayənin sonunda verilən “Var olsun Heydər baba, mənim sözümü eşidib. Qarabağ bizimdir!” nidası Ümummilli Liderə və onun davamçısı olan Prezidentimizə ümumxalq məhəbbətini, inamı və etibarı simvolizə edir. Hekayənin təhlilindən də aydın göründüyü kimi çağdaş nəsrimizdə Heydər Əliyev obrazının xilaskar missiyası davam edir. Lakin Ümummilli Liderin bu hekayədəki xilaskar obrazı daha öncəki bədii əsərlərdəki xilaskar obrazından fərqlənir. Belə ki, əvvəlki bədii nümunələrdəki xilaskar obrazı Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışını və müasir Azərbaycanın qurulması yolunda sağlığında atdığı addımları, əməlləri tərənnüm edirdi. Qalib Şəfahətin “Xilaskar ” hekayəsində isə bu xilaskarlıq missiyasının Ümummilli Liderin əbədiyyətə qovuşmasından sonra da davam etməsi, ideyaların əbədiliyi mövzusu önə çəkilir.

Nicat Kamranoğlunun “Təxəyyül reallığı” hekayəsində isə dostu ilə birgə Bilgəh çimərliyində dincəlməyə gedən və yuxuya dalaraq zamanda keçid edən qəhrəman 1957-ci ilin reallıqları ilə oyanır. Keçmiş zamanda casus kimi qarşılanan qəhrəmanlar sərt sovet reallıqları fonunda Ümummilli Liderin yaratdığı müstəqil Azərbaycandakı şəraitin, azadlığın həsrətini çəkirlər. Gənc Heydər Əliyevlə qarşılaşan dostlar ona tarixin sonrakı dönəmlərində keçəcəyi yoldan və gələcəkdə xalqının Ümummilli Lideri olmasından bəhs edirlər. Bu görüş epizodu Nicat Kamranoğlunun tapıntısıdır. Yazıçı bu məqam vasitəsilə Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı faktları məharətlə bədii mətnə daxil edir və fantastik mətndə Ümummilli Liderin real obrazını yaradır. Yazıçı dostların bu nəqli vasitəsilə Ulu Öndərin obrazını yaratmaqla yanaşı, müstəqil Azərbaycanın vətəndaşlarının, xalqın ona olan böyük sevgisini və minnətdarlığını obrazlaşdıra bilir. Hekayəni qəhrəmanları olan dostlar yuxudan ayılanda həm Heydər Əliyevlə fantastik görüşün, həm də müstəqil Azərbaycanın vətəndaşı olmağın sevincini və qürurunu yaşayırlar.

Qalib Şəfahətin realist nəsr nümunəsi olan “Xilaskar” hekayəsindən fərqli olaraq Nicat Kamranoğlunun “Təxəyyül reallığı” hekayəsi fantastik əsərdir. Hər iki əsərdə Heydər Əliyevin xilaskar obrazı yaradılsa da, hər müəllif bunu müxtəlif kontekstdə reallaşdırıb. Birinci hekayədə Ümummilli Liderin xilaskar obrazı Qarabağ uğrunda Vətən müharibəsi kontekstində, ikinci hekayədə isə müstəqil Azərbaycanın müasir obrazı və inkişafı kontekstində təqdim olunur. Qalib Şəfahət Ulu Öndərə ümumxalq sevgisini bir məktəbli uşağın düşüncələri, Nicat Kamranoğlu isə müstəqil Azərbaycanın iki gəncinin fantastik röyası vasitəsilə açır.

Əlbəttə, bu hekayələr Ümummilli Liderin çağdaş nəsrdə tam obrazının yaradıldığını deməyə əsas vermir. Lakin bu nümunələr “nəsrdə Heydər Əliyev obrazı” ifadəsini işlətməyə və bu obrazın gələcək konturları haqqında müəyyən fikir yürütməyə imkan yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın təhlükəsizlik siyasəti bundan sonra da əsas prioritetlər sırasındadır ŞƏRH

Yaponiya strateji neft ehtiyatlarından istifadəni dayandırır

Narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

® “AccessBank”ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirilib

Gəncə ilə Oş arasında əməkdaşlığın yeni istiqamətləri diqqət mərkəzində

Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən namizədlər üçün icbari təlimə başlanılıb

Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü medalsız başa vurublar

Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur

Müəllimin əsas missiyası tələbəni düşünməyə və araşdırmağa sövq etməkdir - Ramazan Məmmədov

Brno alimləri işıq vasitəsilə minitor qişalarına “görməyi” öyrədiblər

Əbu-Dabidə 3-cü Qlobal Ərzaq Həftəsi keçiriləcək

AZMİU-nun layihəsi Elm Fondunun qrant müsabiqəsinin qalibi olub

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib

Mütəxəssis: Dağ-mədən sənayesinin inkişafı digər sahələrdə əlavə dəyərin formalaşmasına şərait yarada bilər

Həbibə Məmmədova: Müəllimin ən böyük uğuru düşünən və araşdıran insan yetişdirməsidir

Bakıda keçiriləcək FIFA U-15 dünya çempionatına hazırlıq işləri yekunlaşır

Özbəkistan səfiri Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını yüksək qiymətləndirib

Ekspert: Rəqəmsallaşma Orta Dəhlizin tranzit müddətinin qısaldılmasına imkan verəcək

“İslam mədəniyyəti atlası” şərqşünas-alimin tərcüməsində

Çin təhsili və akademik mühitindən bəhs edən kitabın təqdimatı olub

“Fənərbağça”nın ulduzu Superliqa oyununu buraxa bilər: Qərar azərbaycanlı hakimin hesabatından asılı olacaq

Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri

Yəməndə husilərə qarşı döyüşlərdə 100 qırıcı təyyarədən istifadə edilib, 324 hədəf vurulub

DSMF-nin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub VİDEO

Sabah yağış yağacaq

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır

Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur

Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir

Hesabat: Yaxın Şərqdən neft ixracı sentyabrın son həftəsində İran müharibəsindən əvvəlki səviyyəni üstələyib

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

İvan Muşket: Parlamentarizm Azərbaycan tarixinin müxtəlif mərhələlərində cəmiyyətin və dövlətin inkişafına təsir göstərib

Məcnun Məmmədov: Əsas hədəfimiz daha məhsuldar kənd təsərrüfatı sistemi formalaşdırmaqdır

Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb

Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir

Dövlət Xidməti: 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prokurorluq orqanlarına göndərilib

Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

Bu gün Azərbaycanın əsas vəzifələrindən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 oktyabr

Azərbaycan şirkətləri “INNOPROM. Belarus” sərgisində təmsil olunub

Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır

Akademik Arif Həşimov haqqında biblioqrafik göstərici nəşr olunub

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir

AMEA-nın müxbir üzvü: Alim müəllim yetişdirir, müəllim isə gələcəyin alimini

Nazir: Ağdamın kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar formalaşır

Azərbaycan Türkiyədəki Beynəlxalq Astronavtika Konqresində geniş təmsil olunur

Ramin Rzayev: Azərbaycan qadınları tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıb

Gülnar Rzayeva: Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil

AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Beynəlxalq Müəllimlər Günü münasibətilə akademik Cəlal Əliyevin məzarı ziyarət edilib

Müharibənin izləri: “Naxçıvan Qaziləri” İctimai Birliyinin Şəhidlər guşəsindən REPORTAJ

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb

“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir

Tarix müəllimi: Şagirdlərə keçmişlə bu gün arasındakı əlaqəni göstəririk

İspaniyada növbədənkənar parlament seçkiləri noyabrın 29-da keçiriləcək

Ulu Öndər Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol – ŞƏRH

“Fars” agentliyi”: Sistan-Bəlucistan əyalətində İranın iki polis zabiti öldürülüb

Bir sıra qanunlarda dəyişiklik edilir

Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir

Mütəxəssis: Qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər