Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru F.Plevako adına gümüş medala layiq görülmüşdür
Moskva, 26 aprel (AZƏRTAC). Moskvada F.Plevako adına ali vəkillər mükafatının 16-cı təqdimat mərasimi keçirilmişdir.
Mükafatları Rusiya Vəkillər Gildiyasının prezidenti, Rusiya Vəkillik və Notariat Akademiyasının rektoru Həsən Mirzəyev, Rusiya Federal Vəkillər İttifaqının prezidenti Aleksey Qaloqanov, Moskva Vəkillər Palatasının prezidenti Genri Reznik təqdim etmişlər. Rusiyada vəkillik fəaliyyətinin 150 illiyinə həsr olunmuş tədbirdə Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktoru, Rusiyanın fəxri vəkili, Rusiya Vəkillər Gildiyasının vitse-prezidenti İlqar Hacıyev S.Plevako adına gümüş medala layiq görülmüşdür. Rusiya Vəkillər Gildiyasının prezidenti Həsən Mirzəyev mükafatı təqdim edərək demişdir ki, böyük təcrübəyə malik vəkil olan İlqar Hacıyev Azərbaycan diasporunun üzvləri ilə yanaşı, Rusiya vətəndaşlarının da mənafelərinin müdafiəsini uğurla həyata keçirir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]