UNEC ilə Qazaxıstanın İqtisadi Tədqiqatlar İnstitutu arasında memorandum imzalanıb
Bakı, 1 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu (İAETİ) ilə Qazaxıstan Milli İqtisadiyyat Nazirliyinin “İqtisadi Tədqiqatlar İnstitutu” Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi İAETİ-nin direktoru professor Yadulla Həsənli və “İqtisadi Tədqiqatlar İnstitutu” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Ruslan Sultanov imzalayıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, memorandumda iki institut arasında birgə layihələrin işlənməsi, təcrübə mübadiləsi, iqtisadi siyasət və iqtisadi stabillik üzrə tədbirlərin, o cümlədən konfrans və seminarların keçirilməsi, birgə məqalələrin dərc edilməsi və s. nəzərdə tutulub. Memorandumda, həmçinin əməkdaşlığın institusional mexanizmləri, tərəflər arasında əməkdaşlığı tənzimləyən ümumi şərtlər müəyyənləşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:18]
BDU-da “Sosial Tərəfdaş” layihəsi çərçivəsində məlumatlandırma sessiyası
- 15.10.2026 [17:02]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [16:49]
BSU ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu yeni layihəyə başlayıb
- 15.10.2026 [16:47]
Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb
- 15.10.2026 [15:49]
Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib
- 15.10.2026 [15:42]