Universitet-dövlət-sənaye əlaqələrində alimlərin rəyi öyrənilir
Bakı, 5 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) daxili qrant müsabiqəsində qalib olan "Universitet-dövlət-sənaye (UDS) əlaqələrində effektiv kommunikasiya problemi: kim nə istəyir?" tədqiqat layihəsi icra olunur. Layihə universitetin nəzdində fəaliyyət göstərən UNEC Empirik Tədqiqatlar Mərkəzi və Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzi tərəfindən həyata keçirilir. Layihənin ən vacib komponentlərindən biri Azərbaycanda professor-müəllim heyətinin ölkədə UDS əlaqələrinin cari vəziyyəti haqqında fikirlərini öyrənmək və inkişaf imkanları ilə bağlı təklifləri ilə tanış olmaqdır.
Bu barədə AZƏRTAC-a UNEC Empirik Tədqiqatlar Mərkəzinin rəhbəri dosent Xətai Alıyev məlumat verib. O qeyd edib ki, layihə çərçivəsində bütün tərəflərin - universitetlər, dövlət qurumları və iş dünyası təmsilçilərinin rəyi öyrəniləcək. Bu məqsədlə qeyd olunan tərəfləri təmsil edən məsul şəxslər arasında elit intervülərin keçirilməsi nəzərdə tutulur. Professor-müəllim heyəti arasında rəy sorğusu UDS əlaqələrində aparıcı rol alan elm adamlarının rəyini öyrənmək məqsədi daşıyır.
Sorğuda https://docs.google.com/forms/d/1kcDMuxEORXDN_MpQwgB4muzisDynPBG8WrR1GdA8UTI/edit linki vasitəsilə iştirak etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:55]
Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
- 16.06.2026 [12:26]
BDU-da yaz imtahan sessiyası davam edir
- 16.06.2026 [12:02]
“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb
- 16.06.2026 [11:29]