Vaşinqtonda Suriya üzrə Türkiyə-ABŞ işçi qrupunun iclası keçiriləcək
Ankara, 19 may, AZƏRTAC
Mayın 20-də Vaşinqtonda Suriya üzrə Türkiyə-ABŞ işçi qrupunun iclası keçiriləcək.
AZƏRTAC xəbər verir ki, müzakirələrdə Ankaranı xarici işlər nazirinin müavini Nuh Yılmaz, Amerika tərəfini isə dövlət katibinin müavini Kristofer Landau təmsil edəcək.
İclasda Ankara və Vaşinqtonun Suriya siyasətinin prioritetləri, bu ölkədə təhlükəsizlik və sabitliyin təmin edilməsi istiqamətində birgə addımlar ətrafında fikir mübadiləsi aparılacaq.
Terror təşkilatları, o cümlədən İŞİD ilə mübarizəyə xüsusi diqqət ayrılması planlaşdırılır.
Ankara Vaşinqtonun ABŞ qoşunlarının Suriyadakı fəaliyyəti ilə bağlı məlumat verməsini gözləyir.
Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr ABŞ və Suriya prezidentlərinin Ər-Riyad görüşü fonunda qarşıdan gələn iclası, həmçinin Ağ evin rəhbəri Donald Trampın anti-Suriya sanksiyalarının ləğvi zərurəti ilə bağlı bəyanatını “xüsusilə əlamətdar hadisə” adlandırıblar.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [15:31]
Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib
- 01.10.2026 [15:29]
Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma
- 01.10.2026 [14:46]
Yaxın Şərqdəki gərginlik fonunda qarğıdalı və soya qiymətləri kəskin artıb
- 01.10.2026 [14:35]
İngiltərə Bankının rəhbəri süni intellektlə bağlı ciddi xəbərdarlıq edib
- 01.10.2026 [14:33]