Velosipedlə tur yerli əhalinin diqqətini cəlb etmişdir
Bakı, 24 may (AZƏRTAC). Aqro İnformasiya Mərkəzinin (AİM) Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə Ağcabədidə təşkil etdiyi velosiped turunda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı, İsveçrənin HEKS-EPER təşkilatının nümayəndələri, Amerika Sülh Korpusunun könüllüləri və rayon gəncləri iştirak etmişlər.
AİM-dən AZƏRTAC-a bildirmişlər ki, yerli əhalinin diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək və ekoloji cəhətdən sərfəli olan bu nəqliyyat növünü təbliğ etmək məqsədi ilə keçirilən tədbir ümummilli lider Heydər Əliyevin icra hakimiyyəti binası qarşısında ucaldılmış abidəsi önünə gül qoyulması ilə başlamışdır.
Rayon ərazisindəki “Ağ göl” Milli Parkında başa çatan turda zəngin bitki və heyvanat aləmi, nadir və nəsli kəsilməkdə olan su-bataqlıq quşlarının qışlama, yuvalama yerləri barədə məlumat verilmişdir.
Ümumilikdə velosipedçilər 50 kilometr yol qət etmişlər.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]