“Xankəndi” türkiyəli baş məşqçisi ilə müqavilənin müddətini uzadıb
Bakı, 2 sentyabr, AZƏRTAC
Yeni mövsümdə Azərbaycan II Liqasında mübarizə aparacaq “Xankəndi” komandası baş məşqçisi İbrahim Uzunca ilə müqavilənin müddətini uzadıb.
Bu barədə klubdan AZƏRTAC-a məlumat verilib.
Təcrübəli türkiyəli çalışdırıcı ilə 1 illik müqavilə imzalanıb.
“Xankəndi” 63 yaşlı mütəxəssisin rəhbərliyi altında ötən mövsüm Region Liqasının qalibi olub.
O, indiyədək Azərbaycanda “Lokomotiv Biləcəri”, “Bakı”, “Şahdağ Quba”, “Xan Lənkəran” və “Dinamo”( Bakı ) klublarında baş məşqçi kimi fəaliyyət göstərib. Türkiyədə isə “Adana Dəmirspor”, “Kayseri Erciyesspor”, “Pozantı Genclik”, “Kadirli Demir”, BÇ “Mimaroba” (“Küçükçekmece” SK) və “Osmaniyespor” kollektivlərini çalışdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]