XİN-də Xələf Xələfovla görüş keçirilib
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 26-da Xarici İşlər Nazirliyində (XİN) nazir və rəhbər heyətin iştirakı ilə Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla görüş keçirilib.
XİN-dən AZƏRTAC-a bildirilib ki, uzunmüddətli diplomatik fəaliyyətinə görə diplomata təşəkkür edilib və ona yeni nailiyyətlər arzulanıb.