XOCALI SOYQIRIMININ 15-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR VYANADA YÜRÜŞ KEÇİRİLƏCƏKDİR
Avstriya-Azərbaycan Akademik Birliyindən AZƏRTAC-a bildirmişlər ki, Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar Vyanada yürüş-mitinq keçiriləcəkdir. Avstriyadakı Azərbaycan və türk icmalarının təşəbbüsü ilə keçiriləcək yürüş Vyananın mərkəzi küçələrindən biri olan Mariahilferştrasedən başlayacaq və Noybauqasse küçəsində yerləşən Ermənistan səfirliyi qarşısında başa çatacaqdır. Kütləvi aksiya zamanı iştirakçılar “Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoysun!”, “Ermənistan azərbaycanlılara qarşı törədilmiş soyqırımı tanımalıdır!”, “Erməni uşaq qatillərinə ar olsun!” və s. şüarları səsləndirəcəklər. Aksiyanın sonunda Ermənistan səfirliyinə ünvanlanmış bəyanat oxunacaq, səfirliyin qarşısında Xocalı soyqırımını əks etdirən fotostend qoyulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]