Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Misirdə veloyürüş keçirilmişdir
Əmman, 28 fevral (AZƏRTAC). Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Misirdə veloyürüş təşkil edilmişdir. Qahirədə baş tutmuş velosiped yürüşündə yüz nəfərə yaxın misirli gənc iştirak etmişdir. Onlar üzərində “Xocalıya ədalət!” sözləri yazılmış gödəkcələrdə Qahirə şəhərində müxtəlif istiqamətlərdə hərəkət etmiş və bununla da çoxsaylı insanların diqqətini cəlb etmişlər. Beş saata yaxın davam edən velosiped yürüşü zamanı Xocalı soyqırımından bəhs edən materiallar tədbir iştirakçıları tərəfindən sakinlərə paylanmışdır.
Velosiped turu misirli jurnalistlərin də diqqətini cəlb etmişdir. Jurnalistlərə müsahibə verən tədbir iştirakçıları Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımı barədə danışmışlar. Aksiya Misir mətbuatında geniş işıqlandırılmışdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]