Xorvatiya ilə Azərbaycanın enerji sistemləri arasındakı əməkdaşlıq münasibətləri müzakirə edilib
Bakı, 22 noyabr, AZƏRTAC
“Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevlə Xorvatiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Branko Zebicin görüşü olub.
ASC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə Xorvatiya ilə Azərbaycanın enerji sistemləri arasındakı əməkdaşlıq münasibətləri barədə müzakirələr edilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə aparılan quruculuq işləri, elektroenergetika sahəsində həyata keçirilən layihələr barədə fikir mübadiləsi aparılan görüşdə, Xorvatiyanın elektrik avadanlıqları istehsal edən şirkətlərin imkanları barədə geniş müzakirələr aparılıb.