Yanvarın 20-si Azərbaycan xalqının qan yaddaşına yazılan bir tarixdir
Bakı, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-si Azərbaycan xalqının qan yaddaşına yazılan bir tarixdir.
Bakıda məskunlaşan Cəbrayıl rayon sakini, məcburi köçkün, hərbi təqaüdçü Xosrov Səfixanov AZƏRTAC-a bildirmişdir ki, xalqımızın azadlığı uğrunda mübarizəsinin rəmzi olan 20 Yanvar yaddaşımızda qanlı iz buraxsa da, biz bu günü qəhrəmanlıq salnaməmiz kimi xatırlayırıq. Çünki həmin dövrdə sovet qoşunları paytaxta yeridiləndə qarşısında silahsız əhalini, onların mübarizliyini və azadlıq uğrunda canlarından keçməyə hazır olan mərd övladlarımızı gördü. Bu, bir daha sübut etdi ki, Azərbaycan xalqı azadlığını, müstəqilliyini hər şeydən üstün tutur və hər zaman bu yolda mübarizə aparmağa hazırdır.
Bu gün biz şəhidlərimizlə fəxr etməliyik. Onlar Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarından keçdilər. Bizim borcumuz isə bu müstəqilliyi qoruyub saxlamaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]