Yaxın iki günün hava proqnozu açıqlanıb
Bakı, 29 dekabr, AZƏRTAC
Ölkəmizdə yaxın iki günə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 30-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq. Temperaturun gecə 4-6° isti, gündüz 10-15° isti olacağı gözlənilir. Dekabrın 31-də isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək, gündüz arabir 18-20 m/s-dək güclənəcək. Temperatur gecə 4-6° isti, gündüz 7-11° isti olacaq.
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Azərbaycanın şimal və cənub rayonlarında da eyni hava şəraiti gözlənilir, lakin dekabrın 31-dən başlayaraq havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]