Yeni araşdırma tez-tez qripə yoluxan uşaqlarda xəstəliyin neyropsixoloji təsirləri olduğunu göstərir
Bakı, 25 iyul, AZƏRTAC
Hazırda qrip virusu insan həyatı üçün ciddi təhdid yaratmasa da, yeni araşdırmalar müəyyən edib ki, qrip uşaqların sinir hüceyrələrinə ömürlük zərər verə bilir.
AZƏRTAC “ScienceDaily” saytına istinadən xəbər verir ki, ABŞ-dan bir qrup pediatrın araşdırmasına görə, erkən yaşda ağır qrip diaqnozu qoyulmuş uşaqların sonrakı inkişafında sinir hüceyrələrinin zədələndiyi müəyyənləşdirilib. ABŞ-dan araşdırmaçı-həkim Ceyms Antoon qeyd edir ki, “biz əvvəllər də qripin bəzi neyropsixoloji əlamətləri olduğunu bilirdik, lakin həmin əlamətlərin ABŞ əhalisi arasında bu qədər intensiv müşahidə olunduğundan və ömürlük təsirindən xəbərsiz idik. Mövcud vəziyyət bizi həyəcan təbili çalmağa vadar edir”.
Həkimlər valideynlərə xüsusən qripin yayıldığı mövsümdə 5-17 yaşlı uşaqlara qarşı diqqətli olmağı tövsiyə edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.08.2023 [11:40]
Alimlər suyu təmizləyən “Ağıllı pas” nanohissəcikləri hazırlayıblar
- 17.08.2023 [16:14]
Kvant hesablamaları səs dalğaları formatında saxlamaq mümkün olacaq
- 17.08.2023 [11:53]
NASA-nın “Orion” kosmik gəmisi sınaqdan uğurla keçib
- 10.08.2023 [15:26]
“Horizon Avropa” proqramı çərçivəsində növbəti məlumat günü keçirilib
- 08.08.2023 [15:26]
Qaranlıq maddə və kainatın genişlənməsinə yeni baxış
- 08.08.2023 [12:13]
Süni intellekt texnologiyası insanların həyatına onlayn nəzarət edəcək
- 07.08.2023 [13:01]